Daxili İşlər Nazirliyi Axalkalakidə “Güc Birlikdədir”-in üzvlərinə hücum olunması faktı ilə bağlı istintaqa başlayıb
Daxili İşlər Nazirliyi Axalkalakidə “Güc Birlikdədir”-in üzvlərinə hücum olunması faktı ilə bağlı istintaqa başlayıb. Bu barədə “İnterpresnyus”a DİN-dən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 239-cu maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır. Həmin maddə əvvəlcədən planlaşdırılaraq qrup tərəfindən odlu silah və ya soyuq silahdan istifadə olunaraq dələduzluq törətməni nəzərdə tutur.

Bununla bərabər nazirlik bəyana yayıb.

“Daxili İşlər Nazirliyinin Samsxe-Cavaxetiya Polis Departamenti bu gün Axalkalakidə baş vermiş fiziki qarşıdurma faktı ilə bağlı istintaqa başlayıb. İstintaq nəticəsində müəyyən olmuşdur ki, 30 oktyabr tarixində “Milli Hərəkat” siyasi partiyasının Axalkalaki şəhərində Çar Tamara küçəsində yerləşən qərargahı yaxınlığında bir neçə nəfər arasında fiziki qarşıdurma baş verib, qarşıdurma zamanı “Milli Hərəkat”ın üzvləri fiziki xəsarət alıblar.

Baş vermiş faktla bağlı hüquq mühafizə orqanları intensiv istintaq tədbirləri həyata keçirirlər”
– bəyanatda deyilir.

Xatırladırıq ki, bu gün Axalkalaki şəhərində “Güc Birlikdədir” hərəkatının üzvlərinə hücum olub.

“Birləşmiş Müxalifət “Güc Birlikdədir” hərəkatının seçki qərargahının rəhbəri Qiorqi Vaşadzenin “İnterpresnyus”a bildirdiyinə görə, onların dörd üzvü amansız şəkildə döyülüb. “Bizim qərargahımıza Enzel Mkoyanın qardaşının başçılığı ilə bir qrup hücum edib” – deyə Vaşadze bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google