“Bu azad insanın fikri və azad arzusudur. Siyasətdə olacaq, yoxsa başqa istiqamətdə – bu onun öz işidir” – Ruslan Hacıyev Temur Abazovun görüşü haqda

“Bilirəm ki, Bidzina İvanişvili ilə görüşüb, lakin nə üçün, bilmirəm.” – Parlamentin Marneulili üzvü Ruslan Hacıyev Temur Abazovun “Gürcü Arzusu”nun baş ofisinə nə üçün getdiyi ilə bağlı sualımıza belə cavab verdi.



Temur Abazovun partiya liderləri ilə gizli görüşü onun fəal siyasətə qayıtması ilə də əlaqədar ola bilər, bununla bağlı Ruslan Hacıyev qeyd etdi ki, məhkəmə prosesi hələ tamamlanmayıb, buna görə də Abazova qarşı ittihamlar barəsində bir şey deyə bilmir.

“Bu azad insanın fikri və azad arzusudur. Siyasətdə olacaq, yoxsa başqa istiqamətdə – bu onun öz işidir”, – Ruslan Hacıyev deyir.

Abazovun görüşü ilə bağlı Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin də məlumatı yoxdur. O, bizimlə söhbəti zamanı qeyd etdi ki, Temur Abazovun “Gürcü Arzusu”nun baş ofisində Bidzina İvanişvili ilə görüşməsi barədə məlumatı mətbuat vasitələrindən alıb.

Temur Abazov “Marneuli” radiosunun zənglərinə hələ ki cavab vermir.

Xatırladırıq ki, girov qarşılığında həbsxanadan buraxılmış Marneulinin sabiq meri Teymuraz Abazov ötən gün, 17 dekabr tarixində “Gürcü Arzusu”nun ofisində qapalı görüşdə olub.

Abazov ləyaqətin alçaldılmasında vəalçaldıcı rəftarda ittiham olunur.

“Marneuli” radiosu


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google