Abazovun vəkilinin sözlərinə görə prokurorluq onun ittihamını yenə də təsdiqləyə bilmir
Bu gün, 11 yanvar tarixində Marneulinin keçmiş meri Temur Abazovun növbəti məhkəmə iclası baş tutub.
Məhkəmə iclasında ittiham tərəfinin şahidləri dindirilib.

Temur Abazovun vəkili Qaqi Mosiaşvili bizimlə söhbət zamanı dedi ki, bugünkü məhkəmə prosesi əvvəlkilərdən elə də fərqlənmirdi. Çünki ittiham tərəfi Abazovun günahını təsdiqləyəcək real sübutları yenidən təsdiq edə bilməyib və iş olduğu kimi yalnız maraqlanan şəxsin ifadəsinə əsaslanır.

Prosesdə Marneulinin keçmiş meri Temur Abazov da iştirak edib.

Temur Abazovu prokurorluq 13 iyunda saxlayıb, o, Elçin Allahverdiyevə qarşı təhqiredici və insanlıqdan kənar yanaşmada ittiham olunur.

Məhkəmə Abazovu girov qarşılığında azad edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google