Gürcüstan diplomatik qalmaqala qarışır – Qarabağ müharibəsində iştirak edən Mixail Avakyaniyə Axalkalakidə heykəl qoyublar
Gürcüstan diplomatik qalmaqala qarışır – Qarabağ müharibəsində iştirak edən Mixail Avakyaniyə Axalkalakidə heykəl qoyublar. Ölkənin səfirini Azərbaycan Xarici İşlər Nazirliyinə izahata çağırıblar.
Mixail Avakyaninin heykəlinin açılışında “Gürcü Arzusunun” deputatları və şəhərin meri də iştirak edib. Rəsmi Tbilisinin bu addımı Azərbaycan hakimiyyətinin ciddi reaksiyasına səbəb olub.

“Cavaxetidə kimin heykəlini ki, qoyublar o, Qarabağ müharibəsində “Kobra” adı ilə tanınırmış. Azərbaycanlı uşaqları və qadınları şiddətlə öldürürdü və belə şəxsə bu gün Gürcüstanda heykəl qoyublar. Bu yolverilməzdir. İki gündür, nəinki Azərbaycan yaşayan soydaşlarım hətta dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bu fakt heyrətə gətirib. Gürcüstan hakimiyyəti tərəfindən Azərbaycana qarşı bu arxadan zərbə vurmaq idi” – bildirib Azərbaycan diasporasının məlumat mərkəzinin nümayəndəsi Toğrul Allahverdiyev.

Toğrul Allahverdiyevə strateji, siyasi və tarixi tərəfdaşlığı nəzərə almaqla, Gürcüstan hakimiyyətinin Avakyaninin heykəlini ucaltmağa necə yol verməsi aydın deyil.

“Gürcüstan kimi bizim torpaqlarımız da real olaraq Rusiya tərəfindən işğal olunub. Bizim eyni yaramız var və düşünmürəm ki, bizim Azərbaycanda separatçıların heykəlini qoymağımız gürcülərin xoşuna gələr” - deyir Toğrul Allahverdiyev.

Azərbaycan Parlamentinin deputatı deyir ki, Avakyani Abxaziya müharibəsində də iştirak edib və azərbaycanlıların və gürcülərin düşməni olub. Adil Əliyev Gürcüstan hakimiyyətindən izahat vermələrini tələb edir.

“Heykəl ucaltdıqları adam Qarabağda günahsız insanları öldürürdü. Bundan əlavə o, Abxaziya müharibəsində də iştirak edib, yəqin ki, Gürcüstan hakimiyyəti də yaxşı bilir. Gürcüstan bizim böyük strateji tərəfdaşımız, dost ölkədir. Mən Azərbaycan Milli Məclisinin üzvü kimi demək istəyirəm ki, bu fakt bizi çox narahat edir və tələb edirik ki, qısa müddətdə bu mövzuda hakimiyyət mövqeyini ifadə etsin və reaksiya göstərsin” – deyir Azərbaycan parlamentinin deputatı Adil Əliyev.

Axalkalakinin Buqanaşen kəndində isə bildirirlər ki, onlar üçün Avakyani qəhrəmandır və heykəl kəndin tələbi ilə ucaldılıb.

Mənbə: rustavi2.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google