Patriarxlıq tərəfindən təşkil olunmuş “Ailə Təmizliyi Günü”nə hakim
partiyanın liderləri və üzvləri qatılıblar.
Tədbirdə İrakli Kobaxidze, Kaxa Kaladze, Şalva Papuaşvili, Arçil
Talakvadze, həmçinin Mixeil Sarjveladze, Otar Şamuqia, Qiorqi
Amilaxvari, İrakli Karseladze, Viktor Sanikidze və başqaları
iştirak edirdilər.
Patriarxlıq 2014-cü ildə mayın 17-ni ailə təmizliyi günü elan
edib.
1 il əvvəl, 2013-cü il mayın 17-də din
xadimləri və homofob
vətəndaşlar Homofobiya və Transfobiya ilə Mübarizə Günündə LGBTQ
fəallarının kiçik və dinc nümayişini zorakılıqla dağıdıblar.
“Ailə Təmizliyi Günü” homofobik məna daşıyır.
Əvvəlki illərdə hökumət nümayəndələri Patriarxlığın yürüşündə
iştirak etmirdliər.
Yürüş Rustaveli prospektində olan Kaşueti kilsəsindən başlayıb,
Sameba kilsəsində bitəcək.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.