Zaur Tabatadze "Marneuli" Radiosuna yalnız yazılı müsahibə verəcək

Marneuli bələdiyyəsinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze "Marneuli" Radiosu ilə əməkdaşlıq və müsahibə vermək üçün hazırdır.

Ancaq yalnız yazılı şəkildə.

Bu gün, 20 iyun tarixində biz çalışdıq ki, Marneulinin mer vəzifəsini yerinə yetirən şəxsdən Marneuli-Sadaxlı yol kəsişməsndə yerləşən küçə ticarətçilərinin məsələsi ilə bağlı müsahibə alaq.

Marneuli-Sadaxlı yol kəsişməsndə yerləşmiş küçə ticarətçilərinin başqa yerə keçirilməsi Marneuli bələdiyyəsinin keçmiş meri Temur Abazovun təşəbbüsü idi.

Maraqlandıq ki, Zaur Tabatadze onun baxışı ilə razılaşacaqmı. Amma mer vəzifəsini yerinə yetirən şəxs həmişə olduğu kimi yazılı müraciət etməyimizi istədi və dedi ki, Marneuli Radiosuna gələcəkdə də müsahibəni bu formada verəcək.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər