Marneuli bələdiyyəsinin Tsereteli kəndində üfunətli böcək qeydə
alınıb.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo
Kartli Regional İdarəsini rəhbəri Qeronti Sivsivadze deyir ki, son
həftə ərzində ən çox Tsereteli kəndindən məlumat daxil olub, həmin
yerə müşahidə dəstəsi gedib.
Müəyyən olunub ki, üfunətli böcək Asiya böcəyi deyil, amma məhsulu
məhv edir və insan sağlamlığı üçün təhlükəlidir. Marneulidə
üfunətli böcək yalnız bir neçə yerdə qeydə alınıb, Sivsivadzenin
dediyinə görə, indi onların üzərə çıxması üçün iqlim şəraiti
əlverişlidir.
“Yağışlarla əlaqədar əlverişli iqlim şəraiti yarandı və
üfunətli böcəklər çox artdı. Onlar tərəfindən kənd təsərrüfatı
məhsullarına dəyən zərərin miqyası da artıb” – deyə
Qeronti Sivsivadze bildirdi.
Üfunətli böcəklə mübarizə aparmaq üçün dövlət pulsuz dərman yardımı
etmir. Belə ki, yalnız üfunətli Asiya böcəyi ilə bağlı karantin
elan olunub, digər növ üfunətli böcəklərin kütləvi zərər vurması
faktı aşkarlanmayıb. Qeronti Sivsivadze deyir ki, bu halda Kənd
Təsərrüfatı Nazirliyi Milli Ərzaq Agentliyi ilə birlikdə yalnız
tövsiyələr verə və monitorinq apara bilərlər.
“Biz hansı dərmandan istifadə edilməsi barədə
tövsiyələr verdik. Bir çoxu dərman aldı və dərmanladı. Biz iki-üç
gün monitorinqlər apardıq. Kifayət qədər təsiri olub. Lakin hər
zaman xəbərdarlıq edirik ki, həmin məhsulları istifadə etməsinlər.
Ümumiyyətlə sağlamlığa pis təsir göstərməməsi üçün 8-10 gün
gözləmək lazımdır” – deyə Qeronti Sivsivadze
bildirdi.
Üfunətli Asiya böcəyi ən çox Qərbi Gürcüstanda qeydə alınıb ki, bu
da sakinlərə ciddi ziyan vurub. Bu il üfunətli Asiya böcəyi ilə
mübarizə üçün 50 milyon lariyədək vəsait ayrılıb.