2018-ci ilin ikinci kvartalında turistlər 1.9 milyard lari xərcləyiblər - statistika xidməti

Statistika xidmətinin məlumatına görə, 2018-ci ilin ikinci kvartalında Gürcüstana xarici ölkənin 2 milyon vətəndaşı daxil olub. Onların 1.1 milyonu turist imiş.

Keçən ilin analoji dövrü ilə müqayisədə göstərici 20,4% artır.

Statistikanın məlumatına görə beynəlxalq səyahətçilərin 66% turistlər olub, eksursiyaya gedənlərin hissəsi isə 28,3% təşkil edib, səyahət edənlərin isə 5,7% turist və eləcə də ekskursant imiş.

2018-ci ilin ikinci kvartalında səyahət edənlərin ən böyük göstəricisi 276.6 min təşkil edib və Rusiya Federasiyasından gəlib. Bu, ümumi səyahətçilərin 20.6 faizini təşkil edir. Ondan sonra Azərbaycan və Türkiyə gəlir.

2018-ci ilin ikinci kvartalında həyata keçirilmiş səyahətlər zamanı Gürcüstana daxil olan şəxslər ümumilikdə 1.9 milyard lari xərcləyiblər.

Statistikanın məlumatına görə, keçən ilin anaoji dövrü ilə müqayisədə göstərici 31.5% artıb. Səfər zamanı orta xərc keçən illə müqayisədə 15.5% artıb və 1 144.1 larini təşkil edib.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər