Məktəb yaşında olmayan uşağı bağçadan çıxarıblar
Marneuli 4 saylı uşaq bağçasından 2012-ci ildə doğulmuş uşaqları çıxarıblar.
2012-ci ilin 15 sentyabrına qədər anadan olmuş uşaqlar bu il məktəbə getməli imişlər. 15 sentyabrdan sonra anadan olanlar isə yenə bağçaya getməlidirlər. Marneuli dörd saylı bağçadan çıxarılmış uşaqlardan biri 2012-ci ilin dekabrında doğulub. Buna görə də rəhbərliyin onu çıxarmaq hüququ yox imiş.

4 saylı bağçanın direktoru Tamara Süleymanovanın sözlərinə görə çıxarılmalı olan uşaqların siyahısını Uşaq Bağçaları Birliyindən alıb.

Beynəlxalq Assosiasiya "Givitas Georqika" nın rəhbəri Giorqi Mesxidze bizimlə söhbət zamanı dedi ki, Uşaq Bağçaları Birliyi uşaqlara məktəbə qədər hazırlıq proqramına qoşulmağı təklif edə bilər.

"Hər bir uşağın məktəbə qədər tədris almaq hüququ var. Bu Konstitusiya ilə zəmanət verilmiş hüquqdur və həmçinin, məktəbə qədər təhsil qanununda da qeyd olunub. Heç kimin hüququ yoxdur ki, uşağa qeyd olunan təhsili verməsin. Hələ uşaq bağçada qeydiyyatdan keçibsə" - deyir Giorgi Mesxidze.

Uşaq Bağçaları Birliyinin direktoru Zaur Kərəmov gün ərzində Marneuli radiosunun zənglərinə cavab vermirdi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər