Marneuli bələdiyyəsinin 2018-ci il büdcəsinə dəyişikliklər edilib.
Büdcədə gəlirlər, xüsusilə cərimələr, sanksiyalar və cəzalar 270
020 lari artıb. Su sisteminin bərpası və istismarı xərcləri isə 135
200 lari azalıb. Əldə olunmuş 405 200 lari isə üç istiqamətdə
bölünüb.
250 600 lari – yol infrastrukturunun yaradılması-bərpası və
baxımı.
31 000 lari çoxmərtəbəli yaşayış korpuslarının təmiri
123 600 lari – idman obyektlərinin yaradılması-bərpası
Bu dəyişikliklərdən sonra Marneuli bələdiyyəsinin 2018-ci il üçün
yerli büdcə layihəsinə əsasən gəlirlər 25 877 000 lari, xərclər 28
768 500 lari olub. Balans dəyişikliyi isə 2 891 400 lari təşkil
edib.
Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridze bildirdi
ki, seçkiöncəsi ərəfədə büdcədə dəyişiklik edilməsi qadağandır,
lakin bu halda söhbət büdcədə proqram dəyişikliyindən gedir ki,
Bələdiyyə Məclisinin buna haqqı var.
Bu gün, 19 oktyabr tarixində Bələdiyyə Məclisinin iclası keçirildi.
İclasda müzakirə olunması üçün 7 məsələ çıxarılmışdı. Bələdiyyə
Məclisinin üzvləri bütün məsələlərlə bağlı müsbət qərar qəbul
ediblər.