Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə binasında dövlət bayrağı endirilib
12:46 / 25.02.2019
Bu gün Marneuli
bələdiyyəsinin yerli özünüidarəetmə binasında dövlət bayrağı
endirilib.
25 fevral Sovet işğalı günü elan olunub və Gürcüstanın bütün
ərazisində dövlət bayrağı endirilir.
1921-ci ilin məhz bu günündə Rusiya Qızıl Ordusu ilə qeyri bərabər
mübarizədə gənc Yunkerlərin böyük əksəriyyəti həlak oldu.
Mübarizənin əsas hissəsi Kocori və Tabaxmela ərazilərində baş
tutub. 1921-ci ilin 25 fevralında Sovet Rusiyasının 11-ci Qızıl
Ordusu Tbilisini tutdu və Gürcüstan Demokratik Respublikası işğal
olundu.
Gürcüstan Demokratik Respublikası cəmi 3 il 1918-ci ildən 1921-ci
ilədək yaşadı.