"Bizim diplomatiyamız hücum xarakterli
olmalıdır", – Azərbaycan mətbuatının bildirdiyinə
görə,
prezident İlham Əliyev yeni təyin olunmuş xarici işlər naziri
Ceyhun Bayramovla video görüşü zamanı söyləyib.
“Bizim diplomatiyamız hücum xarakterli olmalıdır, bu
milli maraqların qorunması üçün lazımdır. Ancaq tez-tez bunun
əksini görürük. Görürük ki, barışıq prinsipinə söykənir və milli
maraqlar kənarda qalır. Bu barədə kifayət qədər məlumatım var. Buna
görə də bu məsələni nəzərə alın", – deyə Əliyev
bildirib.
Onun sözlərinə görə, Azərbaycana peşəkar, "milli ruha sahib və
ölkəni müdafiə edə bilən" diplomatlar lazımdır.
Xatırladaq ki, dünən Azərbaycan Prezidenti ölkənin xarici işlər
naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edib və onu bunadək
təhsil naziri vəzifəsini tutan Ceyhun Bayramov ilə əvəz edib.