Marneuli bələdiyyəsinin bağçalarında tədris prosesi başlayıb.
Bələdiyyə bu il bağçalara 1 600-ə yaxın uşaq qəbul edib. 14 uşaq
bağçasından üçü tədris prosesinə başlamayıb.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, iki
bağça qəzalı vəziyyətdədir və tədris prosesinin bərpası mümkün
deyil.
“4 oktyabr tarixində, Marneuli miqyasında 14 bağçadan
11 açılıb. Üçü açılmadı. Bu Marneuli 1 saylı və Qızılahıcılı uşaq
bağçasıdır. Daha bir açılmayan bağça qəzalı vəziyyətdə olduğuna
görə, ekspertizanın nəticəsi ilə bağlanıb. 47 qrupda tədris
başlayıb.”
Kərəmov bildirdi ki, Marneuli 1 saylı, Qızılahcılı və Şulaveri
bağçalarında qeydiyyatdan keçmiş uşaqlar, 3 saylı bağçaya bölünüb.
Bir qismi isə əlavə siyahılarda qalıb. Ehtiyat siyahısına yazılmış
uşaqlar yalnız boşalmış yerlər olan zaman bağçaya gedə
bilərlər.
Uşaq Bağçaları Birliyindən bildirdilər ki, Qızılhacılı və Marneuli
şəhər 1 saylı bağçasında tədris prosesi güman ki, noyabr ayında
bərpa olunacaq. Şaumyanı bağçasının açılaçağı vaxt isə hələ məlum
deyil.