“Avropalı Gürcüstan”ın bələdiyyə məclisi fraksiyasının dağılması
haqqında məlumat bələdiyyə məclisinin 7 avqust tarixinə olan
iclasında məlum olub. Azad Kərimov 2017-ci ilin yerli
özünüidarəetmə seçkiləri nəticəsində bələdiyyə məclisinin üzvü
olub.
Partiyadan çıxması haqqında ərizə yazıb və buna səbəb olaraq
partiya lideri Əhməd İmamquliyevlə narazılığını bildirib.
Mübahisə haqqında məlumat qeyri-rəsmi olaraq daha tez məlum oldu.
Ancaq rəsmi xarakter bələdiyyə iclasında İmamquliyevin Kərimovu
fraksiya sədrliyindən çıxarması zamanı verildi. Məlum olur ki, bu
qərarı İmamquliyev partiya üzvləri ilə razılaşmadan verib.
Kərimov bizimlə söhbəti zamanı mübahisənin yeni detallarından
danışır. İmamquliyev partiyaya yeni sima gətirib və onu işlə təmin
etməyə qərar verib. İşlə təmin etmə isə maaşlıdır. Kərimova partiya
aktivistlərindən işlə təmin etməni təklif edilib.
“Başqa partiyalardan təkliflər almışam, amma hələlik
hansısa partiya üzvlüyünə getmək fikrim yoxdu. Meriyada işimi davam
etdirirəm. Həmişə əhalinin yanında olmuşam və partiyadan getmək
bunda mənə mane olmur. Bununla siyasi karyeramı bitirməmişəm.
Əksinə daha da aktiv olaraq davam edirəm” – deyir
Kərimov.
Azad Kərimov başqa partiyaları müşahidə edir əgər partiyalarda
Avropalı Gürcüstanda olduğu kimi yekdil qərar verilirsə o zaman
müstəqil olaraq çalışmağa davam edəcək.
Partiyanı həmçinin Avropalı Gürcüstanın aktivisti Farik Mursaqulov
da tərk edib. O, İmamquliyevin seçki qabağı proseslərinə aktiv
şəkildə qoşumuşdu. Mursaquov deyir ki, “Gürcü Arzusuna heç vaxt
keçməyəcək çünki ideoloji uyğunsuzluğu var.
“Gürcü Arzusu ilə əməkaşlığı planlamıram. Bu gün kim
siyasətdədir hamı bilir ki, mən idarəçi partiya ilə mübarizə
aparıram hansısa Gürcü Arzusunun üzvü ilə deyil. Mən partiyanın
ideologiyası ilə mübarizə aparıram konkret şəxslərlə deyil.
İstəmirəm cəmiyyət elə başa düşsün ki, guya Gürcü Arzusunun
dəyirmanına su tökürəm, bu belə deyil” – deyir
Mursaqulov.
Kərimov kimi Farik Mursaqulov da İmamquliyevin tək qərarı haqqında
danışır və o, hesab edir ki, bu diktaturanın göstəricisidir.