200 plastik zibil qutusu yanğın təhlükəsi yarada bilər - "Təmiz Marneuli" sakinlərə xəbərdarlıq etməyi planlaşdırır

Marneuli bələdiyyəsi miqyasında paylanmış zibil qabları plastikdir və asanlıqla yana bilir. Buna görə də “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladze əhaliyə xəbərdarlıq etməyi planlaşdırır.

O, bizimlə söhbətində bildirdi ki, bu mərhələdə bütün qutular paylanmayıb və qutuların paylanması mərhələli şəkildə həyata keçirilir. Mumladze onu da əlavə etdi ki, qutular söndürülməmiş siqaret kötüyündən də alışa bilər və əhaliyə bu barədə xəbərdarlıq etmək lazımdır.

"Əhaliyə deyilməlidir ki, bu zibil qabları plastiktir. Çox asan şəkildə yana bilir. Ona görə də əhaliyə xəbərdarlıq edilməlidir. Biz də nəzarət xidməti ilə birgə gedəcəyik"
- deyə Leri Mumladze bildirdi.



“Təmiz Marneuli” MMC-nin təxminən 1 il gözlədiyi 200 ədəd zibil qutusu 27 iyun tarixində verilib. Qutuları bələdiyyəyə Gürcüstan Bərk Tullantıların İdarəolunması Şirkəti verib.
Regional zibilliklərin yaradılması layihəsi çərçivəsində Marneuliyə yenə zibil qutularının verilməsi planlaşdırılır ki, bunun da 2019-2020-ci illərdə həyata keçiriləcəyi gözlənilir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər