Kiçik biznesin inkişafı üçün qrant müsabiqəsi

İnzibati ərazi vahidliklərinin nümayəndələrinə kəndlərdə sahibkarlıq proqramı ilə bağlı məlumatın yayılması həvalə olundu.

Bu proqram çərçivəsində maraqlanan şəxslər öz biznes ideyaları əsasında biznes plan hazırlamaq və 1500 avro dəyərində qrant əldə etmək imkanı qazanacaqlar.

Sahibkarlıq proqramının mentoru Lela Nikoladzenin dediyinə görə, layihə çərçivəsində başqa qrantların cəlb olunması imkanları da olacaq.

"Bizim sahibkarlıq proqramı həssas qruplar üçündür. Həssa qruplar dedikdə qaçqınlar, gənclər, aztəminatlılar, tənha yaşayanlar, bir sözlə nisbətən sosial çətinliyi olanlar nəzərdə tutulur. Onları sahibkarlıq proqramına qoşmaq istəyirik. ən azı 20-22 ərizə seçəcəyik, bunlardan da bir neçə ən yaxşısını maliyyələşdirəcəyik. Bundan başqa sahibkarları müxtəlif insanlarla - biznesmenlərlə, donorlarla, təşkilatlarla görüşdürəcəyik ki, yalnız bizdən deyil digər donorlardan da maliyyə ala bilsinlər"
- dedi Lela Nikoladze.



Sahibkarlıq proqramına 22-dək adam qoşula biləcək. Ərizələrin qəbulu Marneuli Mülki Məşğulluq Mərkəzində 22 oktyabradək davam edəcək. Seçilmiş şəxslərə 5 ay ərzində öz kiçik bisneslərini necə inkişaf etdirmək öyrədiləcək.

Sahibkarlıq proqramı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə EPIC layihəsi çərçivəsində “Atinati” Assosiasiyasının tərəfdaşlığı ilə “Action Against Hunger” tərəfindən həyata keçirilir.

 

 

Print Email
FaceBook Twitter Google