Xojornidə futbol və basketbol meydançası üçün 64 101 lari xərclənəcək
Marneuli meriyası Xojorni kəndində birləşdirilmiş mini futbol və basketbol meydançasının yaradılması işlərinin həyata keçirilməsi üçün elan etdiyi tenderdə qalib müəyyənləşib.
Meriyanın elan etdiyi tenderin ümumi dəyəri 67 150 lari idi. Tenderdə yalnız bir şirkət “İntertexnoloq” MMC iştirak edib. “İntertexnoloq” MMC Xojornidə meriyaya mini futbol və basketbol meydançasını 64 101 lariyə tikməyi təklif edib.

Tender komissiyası “İntertexnoloq” MMC-ni qalib sayıb və yaxın günlərdə müqavilə bağlanacaq.

Tendermonitor.ge saytında olan məlumata görə, “İntertexnoloq” MMC ümumilikdə 274 tenderdə iştirak edib, bunlardan 72%-də uduzub, 23%-də qalib gəlib, 3% baş tutmayıb, 2% isə davam edməkdədir.





Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər