İstintaq xidməti saxta sənədlərdən istifadəyə görə dövlətə aid məbləğin mənimsənilməsi faktını aşkar edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində saxta sənədlərdən istifadəyə görə dövlətə aid məbləğin mənimsənilməsi faktı ilə bağlı istehsalçı subyekti məsuliyyətə cəlb edib.

İstintaqla müəyyən edilib ki, 2018-ci ildə cinayətdə iştirak edən şəxslər dövlət tenderində qalib gəliblər və onun əsasında Sameqrelo regionunun bələdiyyələrindən birində məktəbəqədər yetişdirmə müəssisəsi üçün ümumilikdə 200 m3 odun verməli imişlər. İttiham olunan qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə malın alqı-satqı aktlarında real olaraq verilmiş odunun həcmini saxtalaşdırıb və faktiki olaraq verilmiş 74 m3 odun əvəzinə ödəmə tələb edib və odunun tam – 200 m3 həcminə görə alıb. Bu yolla ittiham olunan aldatmaqla dövlətə aid olan 7 768 lari mənimsəyib.

İstintaq Gürcüstan cinayyət məcəlləsinin 180-ci maddəsinin ikinci, 210-cu maddəsinin birinci və 362-ci maddəsinin ikinci hissələri ilə başlayıb. MAddələr cəza olaraq 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

Print Email
FaceBook Twitter Google