Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Ramazan ayı ilə əlaqədar iftar süfrəsini 3 aprel tarixində açıb, dövlət alqı-satqı saytında sadələşdirilmiş müqaviləni isə 16 aprel tarixində yayımlayıb.
Artıq bir həftəyə yaxındır ki, Gürcüstan parlamentində televiziyadan başqa bütün KİV-lərin fəaliyyəti qadağan edilib.
Səhiyyə indeksinə görə, Gürcüstan dünyanın 94 ölkəsi arasında yaxşı yerdə deyil.
Gürcüstanda qeydiyyatdan keçmiş şirkətlərin cəmi 27%-i fəaliyyət göstərir.
Rustaveli prospektində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən gənclərin bəyanatına görə, onlar bu gün saat 19:00-da yenidən Parlamentin qarşısına toplaşacaqlar.