Marneuli
Səhiyyə və Sosial Təminat Şöbəsi rəhbərinin sözlərinə görə, Məmmədov təcrübənin nəzərdə tutmadığı müayinələr üçün nəğd pul almaq istəyir
Bu gün, 16 aprel tarixində Marneuli şəhər merinin ənənəvi qəbul günü idi. Qəbul otağında Marneuli şəhərindən və kəndlərdən müxtəlif şikayətlərlə gələn insanlar oturaraq qəbul növbələrini gözləyirdilər. Növbə gözləyənlərdən biri də 67 yaşlı Candar kənd sakini Məmmədov Həsənxan idi. Onun bildirdiyinə görə, diabet xəstəliyindən əziyyət cəkir.

O, iddia edir ki, ona edilən sosial yardımdan 200 lari qalıb və merin yardımın ona verilməsi barədə göstəriş verməsinə baxmayaraq o, hələ də yardımdan qalan qalıq pulu ala bilmir. Buna görə də o, bu gün şikayət üçün merin qəbuluna yenidən yazılıb.

Marneuli meriyasının Səhiyyə və Sosial təminat şöbəsinin rəhbəri Davit Aroşidzenin dediyinə görə, meriya artıq Həsənxan Məmmədova yardım göstərib. Davit Aroşidze eləcə də qeyd edir ki, Həsənxan Məmmədov hər gün onların iş yerinə gedir və artıq ona izah ediblər ki, heç cür kömək edə bilməzlər. Amma yenidən meriyadan kömək istəməyə davam edir.

“Həmin şəxsə keçən il yardım göstərdik. İndi müayinələr üçün yardım istəyir. Bu məbləğidə o, nəğd istəyir təcrübədə isə belə şey yoxdur. Keçən il sosial xalına görə məbləğlə birdəfəlik kömək etdik. Bu il büdcə imkan vermir və edə bilmirik” - deyə bildirdi Davit Aroşidze.

"Marneuli bələdiyyəsinin yerli büdcəsindən sosial yardımın verilməsi qaydası"na uyğun olaraq Marneuli bələdiyyəsinin ərazisində qeydiyyatdan keçmiş 0-dan 120 000-ə qədər sosial reytinq balı ilə qiymətləndirilmiş benefisiara və ya Marneuli bələdiyyəsində qeydiyyatdan keçmiş məcburi köçkün olan şəxsə - qaçqına, təqvim ili ərzində bir dəfə təqdim olunan məbləğin dəyərinin 80% ilə medikamentlərlə yardım göstərmək, 400 laridən artıq olmadan dəyərdə və ya 100 lari dəyərində medikamentlərin əldə olunması məqsədilə tələb olunan məbləğin 100% ilə yardım göstəriləcək.

Eləcə də, Marneuli Bələdiyyəsinin ərazisində qeydiyyatdan keçmiş 0-dan 120 000-ə qədər sosial reytinq balı ilə benefisiara, təqvim ili ərzində birdəfəlik, müayinə və ya müayinənin maliyyələşdirilməsi məqsədilə təqdim olunmuş məbləğ dəyərinin 80% ilə 200 laridən artıq olmayan məbləğdə yardım göstəriləcək.

ICON_SEP Print ICON_SEP
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Bu gün, 18 avqust tarixində Məhərrəm ayı ilə bağlı Marneuli mərkəzi
bazar ərazisində əhaliyə ehsan paylanıldı.
16:35 / 18.09.2018
Bu gün, 18 avqust tarixində Məhərrəm ayı ilə bağlı Marneuli mərkəzi bazar ərazisində əhaliyə ehsan paylanıldı.

Marneuli meriyasındakı 14 vakant yer üçün müsahibə mərhələsi
tamamlandı.
15:29 / 18.09.2018
Marneuli meriyasındakı 14 vakant yer üçün müsahibə mərhələsi tamamlandı.

Saimerlo kəndində 120 uşaq üçün nəzərdə tutulmuş uşaq bağçasının
tikinti işlərinin 40%-i tamamlanıb. Meriyadan “Marneuli” radiosuna
verilən məlumata görə, müqaviləyə əsasən işlər 10 dekabr 2018-ci
ilədək tamamlanmalıdır.
14:43 / 18.09.2018

Saimerlo kəndində 120 uşaq üçün nəzərdə tutulmuş uşaq bağçasının tikinti işlərinin 40%-i tamamlanıb. Meriyadan “Marneuli” radiosuna verilən məlumata görə, müqaviləyə əsasən işlər 10 dekabr 2018-ci ilədək tamamlanmalıdır.