Çoxuşaqlıların adsız məntəqəsi
Nazi Kopaliani Marneulidən təqribən 8 km-də İmir məntəqəsində yaşayır. Onunla birgə 10 çoxuşaqlı ailə yavaş-yavaş məntəyə yerləşir. Xatırlayırlar ki, gələn gündən məntəqədə heçnə yox imiş. Kopalianilərin ilk yaşayış yeri isə bir neçə il ərzində vaqon olub. Orada 4 övladı böyüyüb. Həyat yoldaşı tikintidə çalışır və evi özü tikib. Ailəmizi "əməklə dolandırırqı" deyir Nazi. Evin həyətində onlar meyvə və tərəvəz əkirlər. Maldarlıqla da məşğul olurlar. Onların məntəqəsinin kənd statusu yoxdur.

Məntəqəni isə artıq seçiblər "Savenae" adlandıracaqlar. Əhalinin dediyinə görə, onların tələbi haqqında artıq meriyada da bilirlər. Kənd statusunun verilməsindən sonra isə yerli hakimiyyətə ümid edirlər ki, necəsə köməklik edəcək.

“İlk növbədə kəndə status versinlər. Boş yerlərə əhali yerləeşdirsinlər və vaqonlar versinlər yaşamağa qalanını özləri edər və kənd formasına düşər. Kənd status versinlər başqa heç nə istəmirəm” – deyə bildirdi Nazi Kopaliani.

Məntəqənin kənd statusu yoxdur. Əhali deyir ki, öz vəsaitləri ilə su boruları çəkiblər. Yola da özləri xır töküb. Onlar məntəqəyə kənd statusunum verilməsini istəyirlər. Ad da seçiblər -"Savane".

Bunumla bağlı isə Marneuli meriyasına ərizə daxil ediblər. Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridze sözlərinə görə, on ailənim tələbi ilə protokol tərtib olunub və tezliklər müzakirə üçün xüsusi hökumət komissiyasına göndəriləcək.

“Əhainin istəyi qeydə alınıb. Protokol daxil olub. amma İndi qrup təşkil olunacaq və merə müraciət edəcəklər. Sərhədlər təyin olunacaq, Məntəqənin yaradılması ilə bağlı çəkilişlər aparılacaq. Regional İnkişaf Nazirliyinə gedəcək və komissiya müzakirə edəcək. Oradan müsbət nəticə gələrsə artıq bələdiyyə qərar qəbul edəcək” – deyə bildirdi Nino Beridze.

Kopalianilər düşünürlər ki, ərazidə onlar köçənə qədər də yaşayırlarmış. Evin himinin qazılması zamanı onlar daşlar və gil qablar da tapıblar. Ola bilsin əvvəlki məntəqənim kənd statusu da var imiş və istəmirlər ki, adsız qalsınlar.

Print Email
FaceBook Twitter Google