Millət vəkilləri Hacıyev və Naverianinin təşkilatçılığı ilə marafon keçiriləcək

Gürcüstan parlamentinin qərarı ilə 2018-ci ilin 1 may tarixindən tütün çəkmə qanunu sərtləşəcək,

bununla bağlı 28 aprel tarixində Millət Vəkilləri Ruslan Hacıyev və Tamaz Naverianinin büroları tərəfindən Marneuli şəhərində "TÜTÜNƏ YOX" adı altında marafon yürüşü təşkil olunacaq. Ruslan Hacıyev bu barədə “Marneuli” radiosuna məlumat verdi:

“Məndə iştirak edəcəm, rəsmilərdə iştirak edəcək. Marafonda iştirak etmək üçün qeydiyyatdan keçməyə gərək yoxdu. Bu bir yürüşdü, insanların içərisində sağlam həyat yaşamaq üçün maraq oyansın, siqaretin nə qədər zərərli olduğunu görsünlər deyə. Hər kəs buyurub gələ bilər” - deyə Ruslan Hacıyev bildirdi.

Onuda qeyd edək ki, finişə çatan ilk üçlük, medal, kubok və hədiyyə ilə mükafatlandırılacaqlar.

Print Email
FaceBook Twitter Google