Sahibsiz itlər Bələdiyyə deputatlarını belə narahat edir
Marneulidə küçə itləri problemi kəskin olaraq qalır. Günün hər hansı hissəsində küçədə sahibsiz itləri görə bilərsiniz. Bu isə piyadalar üçün təhlükəlidir. Əhali deyir ki, dəfələrlə dişləmə faktı qeydə alınıb. Axşam saatlarında isə bayıra çıxmaq xüsusən təhlükəlidir.

Bir neçə gün öncə Marneuli bələdiyyəsinin iş görüşündə, bələdiyyənin üzvü Besik Qelenidze sahibsiz itlər haqqında problemin kəskin olduğunu bildirdi və xahiş etdiki bu problemə diqqət ayrılsın. Bələdiyyə sədri Amiran Qiorqadze gələcək iclaslarda bu mövzunu müzakirə edəcəklərini bildirdi.

Marneulidə itlər üçün sığınacaq yoxdur. Marneuli meriyası isə itlərin sığınacağı xidməti üçün 2017-ci ilin sentyabrında tender də elan olunub. Tenderdə bir fərdi istehsalçı Qiorqi Mağlaperidze iştirak edib. Tenderin dəyəri 12 700 lari təşkil edirmiş. İtləri Ozurgetinin sığınacağına aparılıb. Ancaq tenderlə nəzərdə tutulmuş itlərin tam sayını apara bilməyiblər. Marneuli meriyası bu mövzu ilə bağlı bizim suallarımızı cavabsız qoydu.

Print Email
FaceBook Twitter Google