Ayvaz Həsənov küçəsində qeyri-qanuni zibillik aşkar olundu
Marneuli şəhərinin Ayvaz Həsənov küçəsi şəhərin gözəl və mənzərəli küçələrindən biridir. Bu küçə şəhərin mərkəzi hissəsində yerləşir. Ayvaz Həsənov küçəsində təxminən 18-20 ailə yaşayır. Küçədə hərəkət edərkən səliqə və səhmana, küçənin təmiz olduğuna rast gəlirsən.
Həmin küçənin ərazisindən keçən, hər kəsin "Qara arx" kimi tanıdığı suvarma kanalı da bu küçənin ərazsisindən keçir.

Bu küçənin asfalt örtüklü yolu ilə hərəkət etdikcə havanın dəyişdiyini, daha doğrusu havanı üfunətli qoxunun bürüdüyünü hiss etmək olur. Küçənin sonuna doğru irəlilədikcə qoxu daha da kəskinləşir.

Qoxunun haradan gəldiyi ilə maraqlanıb küçə ilə daha da irəli getdik. Məlum oldu ki, bu qoxxunun yaranmasına səbəb kanalda yığılıb qalmış məişət tullantılarıdır.

Küçənin sakinləri küçədə zibil qutuları qoyulmadığına görə, zibili “Qara arx”-a, və ya küçənin sonundan keçən Algeti çayı sahilində yaranmış zibilliyə atırlar.

Print Email
FaceBook Twitter Google