"İşığı söndürürlər, hazırlaşmağa mane olurlar, həmin günlər dərsə getmirik" - müvafiq müəssisələr uşaqlara zorakılıq faktını aşkarlaya bilmirlər
11 yaşlı Elvira və 9 yaşlı Elvina – (adlar dəyişdirilib) artıq bir neçə gündür məktəbə getmirlər. Səbəb olaraq isə kiçik qardaşlarının xəstə olmasını, yuyulası paltarları qeyd edirlər. Uşaqlar yad adam görməkdən çəkinmirlər və öz gündəlik həyatlarından, ailə konfliktlərindən, maddi çətinliklərdən narahat olmuş vəziyyətdə danışmırlar.

“Yaxşı oxuya bilmirik, dərslərimizi çalışa bilmirik çünki hərdən işığları evdə söndürürlər. Neçə gündür artıq dərsədə gedə bilmirik, qardaşım alergiya olmuşdu xəstəxanadaydıq və dərsə gedə bilmirdik” – deyə uşaqlar bildirdi.

Ailədə kiçik, 7 yaşlı Kamran da yaşayır (onun adı da dəyişdirilib). Anası yalnız bu il qərar verib ki, onu məktəbə qoysun. Uşağın nitq problemi var. Ancaq deyir ki, məktəbə getməyinə çox sevinib. Söhbət zamanı böyük bacıları da söhbətə qoşulur və sinif yoldaşları tərəfindən baş verən bulinq hallarını xatırlayırlar.

“Məktəb ləvazimatlarımız var. İndi hal-hazırdı sentyabrda məktəbə gedəcəm. Bizdə isdəyirik başqa uşaqlar kimi rahat evdə olaq, rahat yataq. Sinif yoldaşlarımız bizə deyirlər siz evsizsiniz, sizin eviniz yoxdur. Deyirəm neyniyək sizin kimi varlı deyilik ki, qonşularımız hərdən bizə atasız deyirlər ələ salırlar bizi , butulkayla başımıza vurub döyürlər, bizdə ağlıya-ağlıya evə gəlirik. Bu ona görə belə kəkələyir ki, evdə dava olanda qorxurdu ona görədə indi kəkələyir”
-deyə uşaqlar bildirdi.

11 və 9 yaşlı Elvira və Elvina birgə üçüncü sinifdə oxuyurlar. Məktəb direktoru Şorena Xuxuanın dediyinə görə, Elviranın dərslərin çoxunda iştirak etmədiyinə görə şagird statusu dayandırılıbmış. Üç il bundan əvvəl ikinci dəfə Elvinanın məktəbə qeydiyyat olunması zaman hər ikisi eyni sinifdə oxumağa başlayıblar.

“Bir həftədir ki, qardaşı xəstədir və sinif rəhbəri mənə dedi ki, anası zəng vurub deyib məktəbə gətirə bilmirəm, bir həftəyə uşaq sağalacaq və gətirəcəm. Gəlirlər amma hərdən dərsləri buraxırlar. Oxumağa belə orta səviyyədə çalışırlar. Qardaşının xəstəliyi dərsə gəlməmək üçün səbəb olmamalıdır. Biz zəng edəndə gəlir. Mən direktor təyin olunandan bu uşaqlar o qədər dərs buraxmışdılar ki, şagird statusları dayandırılmışdı, mən bərpa etdim. Ondan sonra kontrol altına almışıq. Nəyə ehtiyacı olsa desin uşağın kitab dəftəri qələmi yoxdur. Məktəb çərçivəsində biz nə bacarsaq edərik” – deyə bildirdi Şorena Xuxua.

Məktəb direktoru hesab edir ki, bu ailənin sosial vəziyyəti haqqından bilirlər, uşaqların dərsə gəlməməsi məsələsinin həlli isə məktəb səlahiyyətləri çərçivəsində mümkündür, sosial xidməti buna görə narahat etməzdilər.

Üç uşaq anası olan Leyla sosial yardım alır. Ancaq qeyd edir ki, həmin pulu anası və qardaşı əlindən alırlar. Leyla həyat yoldaşından ayrılıb və bir otaqlı mənzildə anası, qardaşı və üç övladı ilə birgə yaşayır. Deyir ki, anası və qardaşı psixoloji olaraq ona zorakılıq göstərirlər və evdən getməyə məcbur edirlər.

“Evdə qazdı, işığdı sosial yardımın üstündə də dava düşür evdə. Anamı da, qardaşımında adına sosial yardım yazdırmışam amma mənə heçbir köməkləri yoxdu, özlərinə xərcləyirlər. İsdəsəm məndə özümə xərcliyərəm ancaq xərcləmirəm, deyirəm uşaqlar yazıqdı” – deyə bildirdi Leyla.

Doğrudur Leyla deyir ki, anası və qardaşı ona və uşaqlarına psixoloji təzyiq edirlər. Uşaqlara təhsil almaqda mane olurlar və daim onu evdən qovmaqla hədələyirlər. Leylanın dediyinə görə üçüncü uşağa hamilə olan zaman ailə konflikti var imiş. Qaynanası üçüncü uşağın qız olmasını istəmirmiş və onu ailədən qovub. Üçüncü uşaq oğlan olub. Buna baxmayaraq qaynanasının ailəsinə qayıtmayıb. Yalnız bir il ərzində həyat yoldaşı ilə kirayə evdə yaşayırmış. Həyat yoldaşı da onu tərk edib və artıq 6 ildir ki, üç uşaqla bir otaqlı mənzildə yaşayır.

“Qışqırır deyir çıx get, mən ailə qurmaq isdəyirəm. Uşaqlar dərsdən gəlir, deyir işığları söndür bəs uşaqlar necə yazılarını yazsınlar, bax elə burda yatırıq divanda” – deyə bildirdi leyla.

Son bir il ərzində polisə müraciət etməyib. Leylanın sözlərinə görə, polislər zorakılıq izi görməyiblər və yalnız fiziki zorakılıq halında reaksiya göstərə biləcəklərini deyiblər. Etibarsızlığa görə polisə bir daha müraciət etməyib.

Bulinq, təhsildə maneçilik, çətinlik, ailə konflikti. Bu vəziyyətdə uşaqların dediyinə görə, onlar gündəlik həyat sürməli olurlar. Uşaq mühafizəsinə dair müraciətin uşaqlara qarşı zorakılıqdan mühafizə etmək məqsədilə Gürücstan Əmək, Sağlamlıq və Sosial Mühafizə, Təhsil və Elm, Daxili İşlər Nazirliyinin koordinasiyalı çalışma qaydasını müəyyən edir.

Uşağa zorakılıq olan halda effektli və sürətli reaksiya mexanizmlərini, kompetentli orqanların səlahiyyətini, uşaq mühafizəsinə bağlı olan əlaqələri də bu qayda müəyyən edir. Demokrat Qadınlar Təşkilatının sədri Olqa Endeladze məsələ ilə bağlı gender şurası və qadn bələdiyyə məclisi formatından mövzunu aktuallaşdırmağa çalışır:

“Əgər məktəb qiymətləndirmə edir və qərar verirsə ki, ailənin probleminin həlli məktəb səlahiyyətindən kənardır o, halda mütləq Sosial Agentliyə müraciət göndərməlidir. Amma qiymtələndirməni mütləq məktəb etməlidir” – deyə bildirdi Olqa Endeladze.

Uşaqların üçü də çəkinədən hansı vəziyyətdə yaşadıqlarını danışırlar. Sosial xidmət bu ailəni iqtisadi baxımdan qiymətləndirib. Ancaq uşaqlarla söhbət ediblər ya yox. Şubitidze Marneuli sosial xidmətin rəhbəri deyir ki, qeyd olunan ailə 2015-ci ildən maddi yardım alır. Yoxlayışa isə Xalq Müdafiəçisi Aparatının müraciətindən sonra başlayıblar.

“O, faktla bağlı xəbərdarlıq gəlmişdi. Sosial işçimiz çalışdı. Zorakılıqla bağlı da mesaj daxil olmuşdu. Gedib araşdırdılar. Nə Leyla Sarıyeva nə də ki, polis heç bir zorakılıq faktını təsdiqləmədi” – deyə bildirdi Şubitidze.

Sosial xidmətin rəhbəri konkret olaraq demir ki, hansı növ zorakılıqdan söhbət gedirmiş. Amma fiziki zorakılığı Leyla da təsdiqləmir və ona və övladlarına qarşı psixoloji zorakılıqdan danışır.


Print Email
FaceBook Twitter Google