Algeti kənd əhalisi meriyanın qarşısında su probleminin həllini tələb edir

Bu gün saat 11:30-da Marneuli bələdiyyəsinin Algeti kənd əhalisi, təqribən 40 nəfərə yaxın sakin meriya binasının qarşısına toplaşıb

və içməli su probleminin həllini tələb edirlər.

 

“Avropalı Gürcüstan” partiyasının nümayəndəsi və bələdiyyə məclisinin üzvü Əhməd İmamquliyev də kənd əhalisi ilə birgə meriya qarşısındadır.

Əhali merlə görüş və onun meriya qarşısında kənd əhalisinin yanına gəlməsini tələb edib. Temur Abazov isə gəlməyib və müavinləri Zaur Tabatadze və Laşa Lobjanidzeni göndərib.

Onlarla danışıq nəticəsində qərar verilib ki, merlə kənd sakinlərindən 10 nəfər onun iş otağında görüşəcək. “Marneuli” Radiosunun jurnalistinin yerindən verdiyi məlumata görə merlə görüş vaxtı məlum deyil.

Hadisələrin necə davam edəcəyini “Marneuli” Radiosunun 15:00-a olan “Xəbərlər” buraxılışından 96.9 FM dalğasından dinləyəcəksiniz.




Print Email
FaceBook Twitter Google