Temur Abazov meriyanın iki aydı həllinə çalışdığı su problemi haqqında Algeti sakinlərinin məlumatsız olmasına görə narahat olub
Marneuli meri Temur Abazov Algeti sakinlərinə içməli su problemini həll edəcəyinə dair vəd verib. Ancaq nə zaman həll olunacaq bu konkret olaraq məlum deyil.

Onun qeyd etdiyinə görə, uzun müddətdir ki, Algeti sakinlərinin su problemi haqqında məlumatı var. Onu da bilir ki, onların içməli suyu çirklidir. Problemin həllinə dair isə müzakirə gedir.

Temur Abazov hesab edir ki, şəxsən onun üçün bu gün əhalinin meriyaya gəlməsi vacibdir. Çünki bununla onun çalışdığı görsənir. Bu bəyənatı verənə qədər Algeti sakinləri onu 2 saat gözlədilər.

“Təəssüf ki, əhali bu haqda bilmirdi ki, biz iki aydan artıqdır çalışırıq. Elə həftə olmur ki, quberniyada və eləcə də Tbilisidə görüş keçirməyək. Bu problemi hər instansiyada keçmişik. Onların problemi bizim ürək ağrımızdır. Mən onların problemi haqqında ətraflı bilirəm. İndiyə kimi də ən yaxşı variantı axtarırdıq ki, onlara su verilsin. İndi o, mərhələdəyik ki, bir neçə günə problem həll olunacaq. Tarifin az olması məsələsi üzərində də çalışırıq”, - deyir Temur Abazov.

Bu gün saat 11:30-da Marneuli bələdiyyəsinin Algeti kənd əhalisi, təqribən 40 nəfərə yaxın sakin meriya binasının qarşısına toplaşıb və içməli su probleminin həllini tələb edirlər.
“Avropalı Gürcüstan” partiyasının nümayəndəsi və bələdiyyə məclisinin üzvü Əhməd İmamquliyev də kənd əhalisi ilə birgə meriya qarşısındadır.

Əhali merlə görüş və onun meriya qarşısında kənd əhalisinin yanına gəlməsini tələb edib. Temur Abazov isə gəlməyib və müavinləri Zaur Tabatadze və Laşa Lobjanidzeni göndərib.Bundan sonra əhali meriya binasına daxil oldu və merlə görüşdülər.

Print Email
FaceBook Twitter Google