“VMH” deputatı Azər Süleymanov vətəndaşı
döyməsi ilə bağlı irəli sürülən ittihamları rədd edir.
Süleymanovun dediyinə görə, o, həqiqətən
Marneuli meri Temur Abazovun qeyri-insani rəftar etdiyi idda olunan
şəxslə görüşüb, lakin həmin şəxsə onun tərəfindən heç bir fiziki və
ya mənəvi təhqir olmayıb. Azər Süleymanov hadisə ilə bağlı
Prokurorluğa çağırılıb.
O, “Netqazeti”yə verdiyi müsahibədə bildirib
ki, heç kəsi təhqir etməyib.
“Söhbətin nədən getdiyini bilmirəm.
Prokurorluqdan zəng vurdular və dindirilməyə çağırdılar.
Prokurorluğa indi girirəm. Bu şantajdır, mənə qarşı kimlər
tərəfindənsə törədilmiş təxribatdır. Həmin oğlan axşam gəlmişdi,
görüşdük. Mən soruşdum ki, bir halda ki, neçə ildir Gürcü Arzusunun
fəalıdır, bu qədər vaxtdır bizim partiyamızın əleyhinə çalışır, nə
üçün Milli Hərəkat adından belə açıqlama verib, nə üçün ictimaiyyət
qarşısında insanları təhqir edib. O, da dedi ki, cənab Azər, mən nə
etdiyimi bilirəm. Mən onun nə üçün belə eetdiyini soruşduğum vaxt
Bələdiyyə Məclisinin Gürcü Arzusundan seçilmiş deputatları
gəldilər, şeyx də gəlmişdi”, - Azər Süleymanov deyib.
Azər Süleymanovun dediyinə görə, bundan sonra
həmin şəxs gedib və onun sonra nə baş verdiyindən xəbəri
yoxdur.
“Daha sonra həmin oğlan getdi. Hara getdi,
sonra nə baş verdi bilmirəm. Həmin görüşdə Abazov yox idi. Həmin
oğlan getdi və daha sonra “Facebook”-da videokadrları gördüm. Mənim
üçün zorakılıq qəbuledilməzdir. Tezliklə bunu kimin etdiyi aydın
olar. Bu məsələnin mənə dəxli yoxdur, mənim adım niyə hallanır ki.
Mən tək deyildim, mənimlə birlikdə çox adam var idi, döyməkdən
söhbət belə gedə bilməz. Orada heç kim döyülməyib. Axşam nə baş
verib, kiminlə, harada olub – bilmirəm. O oğlan özü gəldi bizim
yanımıza, görüşün təşəbbüskarı mən deyildim. Nə döymək, nə də başqa
bir şey olub. Gedəndə axşam saatları idi. Sonra nə baş verdiyi
haqqında məlumatım yoxdur”, - deyə VMH-ın deputatı “Netgazetiyə”
bildirib.