Ailə mehmanxnaları yaratmaq istəyən şəxslər üçün rəqəmsal marketinqin əsasları mövzusunda təlim keçirildi

Ailə mehmanxnaları yaratmaq istəyən şəxslər üçün rəqəmsal marketinqin əsasları mövzusunda təlim keçirildi.

Müxtəlif biznes operatorların iştirak etdiyi təlim bu gün, 15 iyun tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində keçirildi.

USAID-in "Zrda" proqramının nümayəndəsi Tamar Kirianın dediyinə görə, treninqin mövzusu yalnız ailə tipli mehmanxanaların sahibləri deyil, eləcə də restoran və iaşə obyektlərinin sahibləri üçün də maraqlı idi.

“Birinci modul rəqəmsal marketinqin ümumi əsaslarıdır, sonrakı modul onlayn portallarda qeydiyyatdır. Bu təlim ailə mehmanxanaları sahiblərindən əlavə restoran, iaşə obyekti kimi fəaliyyətlə maraqlanan şəxslər üçün də maraqlıdır” - deyə Tamar Kiriani bildirdi.



Tamar Kiria onu da qeyd etdi ki, digər bələdiyyələrdə də bu mövzuda təlimlər keçiriblər.

Biznes operatorlarına rəqəmsal marketinq mövzusunda təlimi Yaradıcı İnkişaf Mərkəzinin nümayəndələri keçirlər.

Yaradıcı İnkişaf Mərkəzinin proqram koordinatoru Teona Dalakişvili deyir ki, rəqəmsal marketinq haqqında biliklər maraqlanan şəxslərin öz bizneslərini inkişaf etdirmələrini əhəmiyyətli dərəcədə sadələşdirəcək.

“Turizm sahəsində fəaliyyət göstərmək istəyən istənilən şəxs üçün belə platformalarda qeydiyyatdan keçmək mühümdür. Beynəlxalq platforma olduğu kimi, gürcü platforması da mövcuddur və bu ilk növbədə onların məlumatını artırır və və birbaşa platforma vasitəsilə onların gəlirlərini artırmaq imkanı olur” – deyə Teona Dalakişvili bildirdi.



Teona Dalakişvili həmçinin qeyd edir ki, qeyd olunan platformada qeydiyyat yüksək qiymətli deyil və sahibkarın biznesini idarə etməsini mürəkkəbləşdirməyəcək.

Qeyd edək ki, təlimlər USAID-in "Zrda" proqramı çərçivəsində Yaradıcı Gənclər Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər