Ramazan bayramı Mədəniyyət Mərkəzinin qarşısında kı parkda qeyd ediləcək

15 iyun tarixində bütün dünyada yaşayan müsəlmanlar "Ramazan" bayramını qeyd edirlər.

Müsəlmanlar bayramla əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirirlər. Gürcüstanda yaşayan müsəlmanlar da "Ramazan" bayramını qeyd edirlər.

Marneulidə fəaliyyət göstərən Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi tərəfindən Marneuli Mədəniyyət Mərkəzinin qarşısındakı Nəriman Nərimanovun heykəli yerləşən parkın ərazisində bayram tədbiri keçirməyi planlaşdırırlar. Bayram tədbirinin keçirilməsi üçün təşkilat Marneuli meriyasına ərizə ilə müraciət edərək tədbir iştirakçılarının təhlükəsizliyini qorumaq üçün meriyadan polis ayırılmasını istəyiblər. Marneuli meriyası isə məktuba cavabında Marneulidə rəsmi olaraq Nərimanov adına parkın olmadığını və müvafiq olaraq onların xahişini yerinə yetirə bilməyəcəklərini qeyd ediblər.

Bu haqda "Marneuli" radiosuna Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtəği Əsəsdov məlumat verdi. O, bildirdi ki, bir neçə ildir "Ramazan" bayramını onlar açıq səma altında keçirirlər. Bu ildə bayram bu formada keçirilməsini istəyiblər.

“Biz Mədəniyyət evini Nərimanov adına bilirik və Nərimanov parkı deyə bilirik. Heykəl olduğu üçün və yazmışıq ki, sizi Nərimanov parkda olan yığıncağa dəvət edirik. Bizə məktub yazıblar ki, 14 iyun tarixində bizim ərazimizdə elə bir yer yoxdu. Sizə kömək edə bilmərik” – deyə Seyid Mirtəği Əsəsdov bildirdi.



Seyid Mirtağı Əsədov onu da bildirdi ki, bu gün Meriya tərəfindən onlara zəng vurublar və tədbiri keçirə biləcəklərini bildiriblər.

“Bundan sonra bizə telefonla xəbər gəldi ki, anlaşılmazlıq olub işinizdə olun səhv anlaşılma olub. Bizim qardaşlarımızdan biri getdi və görüşüb bəzi şəxsləri dəvət etdi. Hörmət olaraq ki, dövlət məmurudu. Səhv anlaşılma olub” – deyə Seyid Mirtəği Əsəsdov bildirdi.



Qeyd olunan məsələni aydınlaşdırmaq üçün Marneuli merinin birinci müavini Zaur Tapatadze ilə əlaqə saxladıq. O bildirdi ki, onlara məktub düzgün formatda yazılmayıb. Onlara ünvanlanan məktubda Nəriman Nərimanov parkında keçiriləcək tədbirin təhlükəsizliyini təmin etmək üçün hüquq mühafizəçilərinin ayrılmasını istəyirlər. Lakin onlar cavab veriblər ki, Marneulidə rəsmi olaraq belə bir ərazi yoxdur və mövcud olmayan ərazi dövlət orqanlarını dəvət edə bilməzdilər.

“Mövcud olmayan ərazinin qorunması üçün hüquq mühafizə orqanlarına müraciət etməmizi istəmişdilər. Bizdən tədbir keçirmək üçün icazə istəməmişdilər ki, biz də cavab verdik ki, belə yer mövcud deyil və müvafiq olaraq marneuli bələdiyyəsi öz səlahiyyətləri çərçivəsində müraciəti müzakirə edə bilməyəcək. O nə sözdür, keçirsinlər, niyə qarşı çıxaq ki?” – deyə Zaur Tapatadze bildirdi.



Xatırladaq ki, bu gün 19:oo-da Marneuli mədəniyyət evinin qarşısında "Ramazan" bayramı ilə əlaqədar tədbirinin keçirilməsi planlaşdırılır.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər