Müxtəliflik Məktəbi yeni üzvlərin qəbulu üçün müsabiqə elan edir

18 yaşdan 26 yaşadək fəal vətəndaş olmaq və öz bölgəsində, şəhərində və ya kəndində dəyişiklik etmək arzusunda olan istənilən Marneuli sakini Müxtəliflik Məktəbinə üzv ola bilər.


Müxtəliflik məktəbi gənclərə müxtəlifliyi, bir sözlə, şəhər siyasəti, kənd inkişafı və mülki fəallıq əsaslı şəkildə öyrənməyə, layihənin idarəolunması və planlaşdırılması vərdişlərini inkişaf etdirməyə, öz təşəbbüslərini həyata keçirməyə, öz həmfikirləri ilə tanış olmağa və məzun olmağa imkan verir.

Müxtəliflik məktəbi Gürcüstanda plüralist cəmiyyətin formalaşmasına, demokratiyanın gücləndirilməsinə, gənclərin qərarların qəbul edilməsi prosesinə fəal şəkildə qoşulduğu, kəndlər və şəhərlərdə dəyişikliklərin təşəbbüskarları olduğu rəngarəng, bərabər və həmrəy cəmiyyətin formalaşmasına yardımçı olan qeyri-rəsmi təhsil proqramıdır.

Müxtəliflik məktəbinin məqsədi kənd və şəhərlərin problemləri haqqında maariflənmənin artırılması, bölgələrin canlandırılması, siyasi və mülki iştirakın gücləndirilməsi yolu ilə gənclərin əməkdaşlığının artırılmasıdır.

Əlavə məlumat almaq və ya ərizə vermək üçün müraciət edin.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər