Marneulinin 4 kəndində yollara asfalt çəkilməsi üçün 848 912 lari ayırılıb

Marneuli bələdiyyəsinin Lejbəddin, Muğanlı, Kürtlər və Baydar kəndlərində yollara asfalt örtüyünün çəkilməsi işləri davam edir.


Lejbəddin kəndində 2446 metr yolun asfaltlaşdırılması planlaşdırılır.

Muğanlıda 1318 metr, Baydarda 1404 metr, Kürtlərdə isə 1308 metr yolun asfaltlaşdırılması nəzərdə tutulub.

Marneuli bələdiyyəsinin facebook səhifəsində yayımlanmış məlumatdan aydın olur ki, bu infrastruktur layihəsi bölgələrdə həyata keçiriləcək layihələr fondu və yerli hakimiyyətin birgə maliyyələşdirməsi ilə həyata keçirilir.

Lejbəddin, Muğanlı, Kürtlər və Baydar kəndlərində yollara asfalt örtüyünün çəkilməsi üçün ümumilikdə 848 912 lari ayırılıb. Bu məbləğin 45%-i yerli büdcədən, 55%-i isə bölgələrdə həyata keçiriləcək layihələr fondundan ayırılıb.

Marneuli meriyasının məlumatına görə, kəndlərin dördündə də yolların bərpası işləri iyul ayının sonunda başa çatacaq.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər