15 iyunda keçirilən "Ramazan" bayramından sonra Facebook sosial
şəbəkəsində Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin Nəriman
Nərimanovun adını daşıyıb daşımaması haqqında müzakirələr gedir.
Bayram tədbirinin keçirilməsi üçün Marneuli Meriyasına sakinlər
tərəfindən ərizə ilə müraciət olunub.
Ərizədə sakinlər qeyd ediblər ki, Nəriman Nərimanov parkında
keçiriləcək bayram konsertində təhlükəsizliyin təmin olunması üçün
əraziyə polis əməkdaşlarının dəvət olunsun. Meriyadan isə ərizəyə
cavab olaraq bildiriblər ki, Marneulidə belə adda ərazi yoxdur və
müvafiq olaraq onların məktubları müzakirə oluna bilməyəcək.
"Marneuli" Radiosu bu mövzünu araşdırmağa başladı. Biz ilk olaraq
Marneuli sakinləri arasında sorğu keçirdik. Marneuli Mədəniyyət
Evinin adının dəyişdirilməsi haqqında onların məlumatının olub
olmaması haqda əhali arasında sorğu apardıq. Əksəriyyət qeyd olunan
yerin adını məhz Nərimanovun adı ilə tanıyır.
İndi onları bir sual maraqlandırır. Mədəniyyət Evinin adının
dəyişdirilməsinə səbəb nədir və yaxud dəyişdirilməsi haqda
vətəndaşlara nə üçün məlumat verilməyib.
Bu hadisədən sonra Marneuli sakini Fuad Qəhrəmanov bu gün
Mədəniyyət Evinin adının nəyə görə dəyişdirilməsi haqda məlumat
almaq üçün Marneuli meriyasına ərizə ilə müraciət edib. O, onlardan
Mədəniyyət evinin adının dəyişdirilməsində təşşəbbüskarın kimlər
olduğunu və yaxud kim tərəfindən və nə zaman dəyişdirildiyi haqda
məlumat əldə etmək istəyir.
Fuad Qəhrəmanov ərizəni meriyaya təqdim edib və indi o, ərizəsinə
cavab gözləyir. Qaydaya əsasən cavabı 10 gün ərzində almalıdır.
"Marneuli" Radiosunda olan sənədlərdən məlum olur ki, 2003-cü ilin
8 may tarixinə olan N 2-6 qərarına əsasən şəhərin Mədəniyyət
Mərkəzinə Nəriman Nərimanovun adı verilib, ancq ad rəsmi olaraq
verilib ya yox bunu meriyadan alacağımız məlumatdan sonra müəyyən
edəcəyik.