Zaur Tabatadze bu gündən - 19
iyun tarixindən etibarən merin səlahiyyətlərini icra etməyə
başlayır.
Bu barədə Marneuli Bələdiyyə Məclisi 18 iyun tarixində keçirdiyi
növbədənkənar iclasda yekdilliklə qərar qəbul edib.
İclasda Rustavi şəhər məhkəməsinin cinayət işləri kollegiyasının
2018-ci il 14 iyun tarixli №10a–161–18(№031110618001) saylı işlə
bağlı ilkin qərarı müzakirə olunub.
Məhkəmə Marneuli bələdiyyəsinin meri Temur Abazov barəsində həbs
qətimkan tədbiri qərarı verib ki, buradan da irəli gələrək, “Yerli
Özünüidarə Məcəlləsi”nin 56-cı maddəsinin 1-ci hissəsinin a)
altbəndinə əsasən Temur Abazovun səlahiyyətləri dayandırılıb və
həmin maddənin 4-cü və 5-ci hissələrinə müvafiq olaraq
səlahiyyətlərin icrası merin birinci müavini Zaur Tabatadzeyə
həvalə olub.