Marneuli bələdiyyəsinin elektron poçtu
CLOAKING
işləmir.
Bu haqda bizimlə söhbəti zamanı Marneuli meriyası inzibati
xidmətinin rəhbəri Nino Dekanoidze bildirdi.
Nino Dekanoidze həmçinin bildirdi ki, Marneuli meriyasında internet
təminatçısı dəyişir. Bu günədək meriyanı internetlə “SilkNet” təmin
edirdisə, bundan sonra internet təminatını “Magti” yerinə
yetirəcək. Buna görə də electron poçtun söndürülməsi zərurəti
ortaya çıxıb.
Məhz buna görə, Marneuli meriyasının elektron poçtuna qeydiyyata
alınmır. Bu haqda “Marneuli” radiosuna bu gün, 19 iyun tarixində
məlum oldu. Belə ki, meriyaya ünvanladığımız məktub haqda soruşduq.
Həmin məktubda Marneuli meriyasının şöbələri tərəfindən 2017-ci
ildə görülən işlər barədə məlumat tələb edilirdi.
“Marneuli” radiosu meriyaya 6 iyun tarixində rəsmi məktubla
müraciət etmişdi. Nəzərə alsaq ki, meriyanın cavab vermək üçün 10
iş günü vaxtı var idi, biz məktuba cavab üçün bu gün müraciət
etdik, lakin aydın oldu ki, bu gün cavab ala bilməyəcəyik.
Belə ki, məktubu yenidən təkrarən meriya dəftərxanasına verməliyik.
Bu məktub və bununla bərabər ünvanladığımız daha iki məktuba isə
cavabı güman ki, 10 gün gözləməli olacağıq.
Marneuli bələdiyyəsi inzibati xidmətinin rəhbəri onu da dedi ki,
electron poçta göndərilmiş məktublar rəsmi hesab edilmir, yalnız
Marneuli bələdiyyəsinin dəftərxanasına təqdim olunmuş məktublar
rəsmi məktub hesab olunur. Elektron poçtdan istifadə isə əhaliyə
yardım etmək üçün bir növ köməkçi vasitədir. Lakin Gürcüstan
Qanunvericiliyi və ölkədə yayılmış təcrübən də aydın görünür ki,
elektron poçt vasitəsilə yazılmış məktublar da rəsmi məktub hesab
olunur. Misal üçün deyə bilərik ki, istənilən Gürcüstan vətəndaşı
Gürcüstan Parlamentinin elektron poçt ünvanına məktub göndərə və
məlumat tələb edə bilər.