Marneuli yanğınsöndürmə şöbəsinin 2 ədəd yanğınsöndürən maşını və 37 əməkdaşı var

Marneuli Fövqəladə Halların İdarəolunması xidmətində 37 yanğınsöndürən çalışır. Yanğınsöndürən deposunda isə 2 ədəd yanğınsöndürən texnikası var.

Şəhərin relyefindən irəli gələrək onların hər ikisi böyük maşınlardır. Həmçinin, operativ kiçik maşın da var ki, bu da səyyar qrupların daşınması üçün istifadə olunur.

Bu haqda radiomuza Kvemo Kartli Fövqəladə Halların İdarəolunması Departamentinin rəhbəri Davit Qelaşvili məlumat verdi. O, Marneuli deposunda olan resursların kifayət olduğunu hesab edir və deyir ki, bu yaxınlarda baş vermiş təbii fəlakət nəticəsində Marneuli küçələrini su basdığı zaman onların xidmətinə 100-dək zəng daxil olmuşdu. Marneuli yanğınsöndürən deposunda mövcud olan işçi qrup və resurslardan səmərəli şəkildə istifadə olunub və heç bir insan xəsarət almayıb.

“İndiki mərhələdə yanğın söndürən xidməti bütün vacib texnikalarla təchiz olunub. hadisələr olan zaman vaxtında reaksiya göstərilir və gedilir. Bildiyiniz kimi bir neçə gün əvvəl hadisə olmuşdu o zaman əlavə briqada da lazım oldu”
- deyə Davit Qelaşvili bildirdi.



Marneuliyə əlavə texnikanın verilib verilməyəcəyi ilə bağlı suala cavab olaraq Qelaşvili bildirdi ki, hal-hazırda idarədə yenidənqurma işləri gedir və gələcəkdə həm işçi qrupun tərkibinin artırılması, həm də yeni, müasir yanğınsöndürmə texnikasının əlavə edilməsi nəzərdə tutulur.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər