"Təmiz Marneuli"nin 1 ildir ki, gözlədiyi 200 ədəd zibil qabı 10 iyul tarixinədək veriləcək

Marneuli bələdiyyəsinin təxminən 1 ildir ki, gözlədiyi 200 ədəd zibil qabları 10 iyul tarixinədək veriləcək “Marneuli” radiosu kəndlərdə mövcud olan zibil problemi ilə bağlı dəfələrlə xəbər hazırlayıb.

Bu xəbərlərdə “Təmiz Marneuli” MMC-nin direktoru problemin yeni gətiriləcək 200 ədəd zibil qabı ilə həll olunacağını bildirirdi. Misal üçün Kirəç Muğanlı, Saral, Mollaoğlu, Qırıxlı, Qullar, Kürtlər Kosalı Marneuli bələdiyyəsinin “Təmiz Marneuli” MMC tərəfindən həmin 200 ədəd zibil qabının yerləşdirilməsi planlanan kəndlərindəndirlər. Lakin bunun nə zaman baş tutacağı məlum deyil.

Məsələni araşdırmaq üçün biz Gürcüstan Bərk Tullantıların İdarəolunması şirkətinin direktoru Qiorqi Şuxoşvili ilə əlaqə saxladıq. O, dedi ki, zibil qablarının verilməsi bütün Gürcüstan miqyasında həyata keçirilir və onların bələdiyyələrə paylanılması mərhələli şəkildə olur. Konkret olaraq Marneuliyə iyun ayının sonlarına doğru veriləcək.

“Marneuliyə 200 zibil qutusu verməliyik. Bu iyunun sonunda olacaq. Regional zibilliyin tikilməsi layihəsi var. Onun çərçivəsində əlavə Marneulinin zibil qutuları və müvafiq texnika ilə təchiz olunması planlaşdırılır. Bu təxmini olaraq 2019-cu ildə olacaq”
– deyə Qiorqi Şuxoşvili bildirdi.



Kvemo Kartli bölgəsi üçün ümumilikdə 1003 ədəd, ümumilikdə Gürcüstan miqyasında isə 10 000 ədəd zibil qabı nəzərdə tutulub. Şuxoşvilinin dediyinə görə, Marneuliyə yenidən zibil qablarının verilməsi “Regional Zibilliklərin Yaradılması” layihəsi çərçivəsində həyata keçiriləcək ki, bu da 2019-2020-ci illərdə həyata keçiriləcək.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər