Video: İmir ictimai məktəbinin direktoru ilə jurnalist arasında qarşıdurma
“Tbilisi İnsan Hüquqları Evi” layihəsi çərçivəsində işlər zamanı jurnalist və Marneuli bələdiyyəsi İmir ictimai məktəbinin direktoru arasında qarşıdurma yaranıb. Jurnalsit İmir məktəbində çəkiliş aparmaq üçün gəlib, lakin məktəb direktoru buna icazə verməyib.

Bu isə mübahisəyə səbəb olub. İnsidentlə bağlı videomaterialdan aydın olur ki, jurnalistə qarşı aqressiya yalnız məktəb direktoru tərəfindən deyil, eyni zamanda digər şəxslər tərəfindən də olub. Məktəbin əməkdaşı olduğu ehtimal edilən bir şəxs jurnalisti təhqir edir və hədələyir.



İmir məktəbinin direktoru İsmixan Məmmədovun “Marneuli” Radiosuna dediyinə görə, jurnalistlər icazə alanadək artıq çəkilişə başlayıblarmış. Lakin direktor onların kim olduqlarını soruşduqdan sonra onlar özlərini təqdim ediblər və deyiblər ki, Azərbaycandandırlar və məktəbdə çəkiliş aparmaq istəyirlər.

“Soruşdular ki, niyə istəmirsiniz yeni məktəb tiksinlər? Mən də soruşdum ki, siz tikməyi planlaşdırırsınız? Və dedim ki, nazirlikdə məktəbin vəziyyəti ilə bağlı məlumat var və yəqin ki, məktəbi təmir edəcəklər. Ddüzünü deyim, çəkilişə icazə vermədim. Hardan gəliblər? Kim göndərib? Nazirliyin xəbəri var? Əgər bilirlərsə, o zaman sənədləri göstərin dedim. Jurnalistlərin dedikləri yalandır”,
- deyə məktəb direktoru bildirdi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər