სიახლე
NATO sammiti “xaosda – Trampın gözlənilməz bəyənatları və alyans üzvləri arasında görüş

ABŞ-ın prezidenti Donald Trampın sözlərinə görə, o, ABŞ NATO-dan çıxara bilər, ancaq buna ehtiyac olduğunu görmür.


 

NATO sammitində baş tutan mətbuat konfransında jurnalist Trampdan soruşub:

“ABŞ-ın NATO-dan çıxması səbəbi ilə yenə hədələyirsinizmi və inanırsınızmı ki, konqresin dəstəyi və təsdiqi olmadan bunu edə bilərsiniz?”.

Suala prezident belə cavab verib:

“Düşünürəm ki, edə bilərəm amma bu lazım deyil. Onlar (alyansın başqa üzvləri) bu gün heç vaxt çıxmadıqları səviyyəyə çıxıblar”, - deyib o.

Mətbuat iclsından əvvəl Tramp və alyansın başqa üzv dövlətlərinin liderləri arasında fövqəladə görüş keçirildi. Sonra Trampın bəyənatından da məlum oldu ki, görüşdə alyans üzvlərinin müdafiə büdcəsi və NATO-da onların maddi hissəsinin artırılması haqqında müzakirə aparıblar.

“Tramp müdafiənin maliyyələşdirilməsi məsələsinə fikir bildirməklə NATO sammitini xaosa salıb” – “Gardian” ABŞ prezidentinin gözlənilməz hərəkətini belə qiymətləndirib.

CNN-in məlumatına görə, Trampın görüşdən sonra baş tutan mətbuat konfransında qeyd etdiyinə görə hərbi maliyyənin artırılması istiqamətində razılıq baş tutub.

“Mən adamlara dedim ki, onlar öz öhdəliklərini artırmasalar çox narahat oacam. Ona görə ki, ABŞ çox böyük məbləğ ödəyir – yəqin ki, NATO maliyyəsinin 90%-ni”.

Sonra isə prezident qeyd edib ki, müttəfiqlər qeyd olunan məsələyə dair razılığıa gəliblər.

“Hamısı razılaşdılar ki, öz öhdəliklərini artıracaqlar. Onlar bunu heç vaxt olmaığı səviyyədə planlaşdırırlar”, - qeyd edib o. Tramp qeyd olunanla bağlı hansı dövlətin hansı planları olduğunu konkretləşdirməyib.

Bunların hamısının fonunda sammit çərçivəsinə planlaşdırılmış bir çoc görüşlər və mətbuat konfransları pozulub. “Gardian”ın məlumatına görə, ləğv olunan tədbirlər arasında Angela Merkel və Tereza Meyin mətbuat konfransları da var. Nəşriyyatın məlumatına görə, görüş başlayana qədər Gürcüstan və Ukrayna nümayəndələrindən otağı tərk etməyi xahiş ediblər, bir halda ki, orda NATO-nun daxili məsələləri müzakirə olunmalı idi.

Görüşdən sonra alyansa daxil olan Avropa ölkələrinin liderləri öz otaqlarına qayıdıblar və fərdi konsutasiyalar aparıblar.

Donald Tramp prezident olan kimi NATO-nun üzv ölkələrinin müvafiq olmayan maddi roluna etirazını bildirib. Dünən isə o, “Tvitter”də yazıb ki, alyansın üzv dövlətəri NATO üçün minimal gəlirlərinin ən azı %-ni ayırmalıdırlar. Bunu alyansın üzv ölkələri arasında olan razılıq da nəzərdə tutur.

Brüsseldə NATO-nun sammiti dünən başlayıb.

Mənbə: Netgazeti

 

ICON_SEP Print ICON_SEP
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
ვერძი
კონკურენციისა და ემოციების დღეა. პარტნიორული ტანდემი გონივრულად
შეარჩიეთ
09:51 / 19.02.2019
ვერძი
კონკურენციისა და ემოციების დღეა. პარტნიორული ტანდემი გონივრულად შეარჩიეთ
პირებს, რომლებსაც სამხედრო სავალდებულო
სამსახური გავლილი არ ექნებათ, შესაძლოა სახელმწიფო სტრუქტურებში
დასაქმება აეკრძალოთ. მთავრობა ახალი ცვლილებების პაკეტზე
მუშაობს.
23:04 / 18.02.2019
პირებს, რომლებსაც სამხედრო სავალდებულო სამსახური გავლილი არ ექნებათ, შესაძლოა სახელმწიფო სტრუქტურებში დასაქმება აეკრძალოთ. მთავრობა ახალი ცვლილებების პაკეტზე მუშაობს.
Gürcüstanın Heyvanların Mühafizəsi
Federasiyasının rəhbəri Temur Lacğebiani məqaləni silmək tələbi ilə
bizimlə əlaqə saxladı.
18:11 / 18.02.2019
Gürcüstanın Heyvanların Mühafizəsi Federasiyasının rəhbəri Temur Lacğebiani məqaləni silmək tələbi ilə bizimlə əlaqə saxladı.
Marneuli majoritar deputatı Ruslan Hacıyev bu
gün, 18 fevral tarixində sakinləri qəbul edib,
14:56 / 18.02.2019

Marneuli majoritar deputatı Ruslan Hacıyev bu gün, 18 fevral tarixində sakinləri qəbul edib,

“Bazar ertəsi kim facebookda
pələnglik edir onu gözləyirəm” – bu bəyanatı bizimlə
söhbət zamanı Marneulinin
12:40 / 18.02.2019
“Bazar ertəsi kim facebookda pələnglik edir onu gözləyirəm” – bu bəyanatı bizimlə söhbət zamanı Marneulinin
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq
xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində saxta
peşə
12:22 / 18.02.2019
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində saxta peşə
საქართველოს ფინანსთა სამინისტროს საგამოძიებო
სამსახურის თანამშრომლებმა,
12:21 / 18.02.2019

საქართველოს ფინანსთა სამინისტროს საგამოძიებო სამსახურის თანამშრომლებმა,

Marneulidə 26 may küçəsində qazdoldurma
stansiyasında partlayış baş verib. Hadisə bu gün, səhər saat 9:30
radələrində qeydə alınıb.
11:05 / 18.02.2019
Marneulidə 26 may küçəsində qazdoldurma stansiyasında partlayış baş verib. Hadisə bu gün, səhər saat 9:30 radələrində qeydə alınıb.
Video yeniliklər