Marneulidə baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2 avtomobil toqquşub
15 iyul tarixində, axşam saatlarında Rustaveli küçəsində avtomobil qəzası baş verib. Qəzada iki yüngül avtomobil toqquşub.

Yol nəqliyyat hadisəsi zamanı bir vətəndaş yüngül xəsarət alıb və onun həyati təhlükəsi yoxdur.

Marneui Radiosuna DİN-dən verilən məlumata görə, baş verən faktla bağlı Gürcüstan CM-nin 276-cı maddəsinin birinci hissəsi ilə istintaq gedir. Maddə nəqliyyat hərəkətinin təhlükəsizliyi və ya ekspluatasiyası qaydasının pozulması nəticəsində sağlamlığa az ağır zərər vurmağı nəzərdə tutur.



Fotonun müəllifi: Fuad Qəhramanov

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər