Ötən gün, 16 iyul tarixində axşam
saatlarında Marneuli-Sadaxlı yolunun 5-ci kilometrliyində Yol
nəqliyyat hadisəsi baş verib.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil sürüşüb və
yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə yalnız sürücü olub və xəsarət almayıb.
“Marneuli” radiosunun Daxili İşlər Nazirliyindən aldığı məlumata
görə, sürücü Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 125-ci
maddəsinin 10-cu hissəsi ilə 250 lari cərimə olunub.