Bu gün Rusiya ordusunun Gürcüstan ərazisinə soxulmasından 10 il
ötür.
Bu müharibədə yüzlərlə Gürcüstan vətəndaşı həlak oldu, mühüm
infrastruktur dağıdıldı və ölkənin 20% -i Rusiya tərəfindən işğal
edildi.
Zaza Bocoidze 2008-ci ilin 8 avqust müharibəsində öz ölkəsini
müdafiə etmək üçün mübarizə aparan qəhrəmanlardan biridir. O, evə,
iki azyaşlı uşağının, 3 yaşlı Qiorqi və 3 aylıq Sabanın, həyat
yoldaşı Teanın və ata-anasının yanına qayıda bilmədi. Nino
Bocoidze, Zazanın atası 9 il keçməsinə baxmayaraq yenə də övladının
vətəni qorumaq üçün evdən çıxdığını və qayıtmadığını
xatırlayır.
“Həmişə deyirdi ki, ana mən hərbi xidmətə getməliyəm.
Ona qədər rezervist olaraq çağırmışdılar. Bir dəqiqə belə
fikirləşmədən getdi. Demə rezerv olaraq deyil müharibəyə gedirmiş.
Mən evdə yox idim bəlkədə dayandırardım. Amma o heç mənə də qulaq
asmazdı. Yoldaşına deyib ki, Tea mən qayıdana kimi yemək hazırla
komissarlığa gedirik. Bilmirmiş ki, müharibə başlayıb. Atası da
getməsini istəmirdi. Bütün valideynlər övladlarını qoruyurlar.
Səhər tezdən yoldaşları çağırdılar. Mən sakit durdum ki, eşitməsin.
Biraz keçmişdi pilləkənlərdən endi ki, uşaqlar mənimi çağırırdı.
Tez əl üzünü yuyub getdi ki, mən onlardan geridə qalmamalıyam.
Gedib ki, marneulidən yola düşüblər. Taksiylə onların ardınca gedib
və çatıb. Getdi və daha qayıtmadı” – deyə Zaza
Bocoidzenin anası Nino Bocoidze bildirdi.
Nino Zazaya onun müharibəyə getdiyini bilən kimi zəng vurub. Amma
özünün dediyinə görə, gecikibmiş. Çünki Zazanın bölməsi artıq
Qoriyə daxil olurmuş və o, övladının fikrini dəyişdirə
bilməzdi.
Zazanın anasının danışdığına görə, qonşular və qohumlar Tbilisi
xəstəxanalarına bölünüblərmiş ki, Zazanın gətirilməsini gözdən
qaçırmasınlar.
“Televizorda bir səs-küy var imiş ki. Mənim Zazamı da
göstəriblər. Mən yolda gəlirdim deyə heç nədən xəbərim yox idi.
Hamı artıq bilirmiş. Gəldim ki evdə hamı ağlayır və deyirlər ki,
bilmirik Zazanın başına nə gəlib. Həmin vaxt televizor qaraldı, nə
yaxşıda ki, göstərmədi. Qonşular izola, lili yığılıb bizə
gəlirlərmiş ki, Nino möhkəm qadındı gedək deyək televizorda
göstərilənləri. Gəlib dedilər ki, Zazanı göstəriblər yaralıdır. Sən
möhkəm qadınsan bəlkə xəstəxanalardan soruşasan haradadır. Bir
yandan sevindim ki, yaralıdır. Çünki yaralıları tbilisiyə
xəstəxanaya aparırdılar. Dedim həkimlərin əlində sağalar. Sən demə
yazıq övladım artıq ruhunu da veribmiş” – deyə Zaza
Bocoidzenin anası Nino Bocoidze bildirdi.
Çox gözləntidən və axtarışdan sonra Nino təsadüfən təcili yardımda
çalışan öz əmisi uşağına rastlaşır. Hər iki saatdan bir onlar
Qoridən yaralıları gətirirlərmiş və məhz ondan Qoridə Zazanı
axtarmağı xahiş ediblər.
yaralı əsgərlər gətirirdilər. Onların arasında zazanı axtarırdıq.
Hamısına deyirdik bəlkə bu zazadı. 4 mərtəbəli xəstəxananı
qaça-qaça axtarmışıq ki, nə zaman gətirəcəklər.
”Bu axtarışda 2 saat necə keçdi bilmədik. Birdə əmim
uşağı zəng vurdu ki artıq gəlirik. Sən demə qohumlara deyibki zaza
artıq yoxdur. Komputerdə axtarıblar artıq o zaman morqa
aparıblarmış, tapa bilməyiblər. Uşaqları üçün çox çətindir. Hərdən
danışırıq biri deyir mən xatırlayıram, o biri deyir mən
xatırlamıram. Bilirik ki, əslində xatırlamırlar. Artıq böyüyürlər
və ata sevgisi olmayanda çox çətin olacaq. Nəvələrim üçün bu
fəxrdir. Deyəcəklər atamız qəhrəmandaır və Gürcüstan uğrunda həlak
olub” – deyə Zaza Bocoidzenin anası Nino Bocoidze
bildirdi.
Zaza dünyasnı dəyişdi, amma iki övlad Qiorqi və Sabanı qoyub getdi.
Onlar artıq böyüyüblər, Qiorqi 13 Saba isə 10 yaşındadır.
Bugün Marneuli şəhərində Zaza Bocoidzenin adına park yerləşir, onun
böyüdüyü küçəyə isə Zazanın adını veriblər.
Zaza Bocoidzenin anası oğlunun qəhrəmanlıq tarixçəsi haqqında
söhbət açır: