Marneulinin bombalanması barədə Rusiya tezliyindən alınmış məlumat - bir əsgərin 10 il öncəki xatirələri

2008-ci ildən sonra hər dəfə 8 avqust tarixi gələndə 10 il öncə yaşadığın emosiyaları təkrar yaşamamaq çətindir.

Vladimer Prokopov 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı hava cihazları və qərargah arasında koordinasiya yaradılması ilə məşğul olub. Rəhbərliyin əmri ilə Marneulidən Tsxinvalidəki qərargaha gedib.

“Ayın 8-də səhər saatlarında Şimali Qafqazlılara yalnız bir aviasiya zərbəsi oldu və bundan sonra aviasiya işləmədi. Mənası yox idi, bizim aviasiyanın işindən sonra Rusiya aviasiyası daxil oldu və havada üç-dörd səviyyədə qərar tutdular. Ən aşağıda helikopterlər işləyirdi, ortada bombardmançı təyyarələr, yuxarıda isə “istrebitel”lər (qırıcı təyyarələr) işləyirdi. Sərhəd boyunca “Avaks”lar dolaşırdı”,
- Vladimer xatırlayır.



Aviasiya işini dayandırdı və sanki Prokopovun işi bitmişdi, lakin o, Rusiyanın əlaqə tezliyini dinləyirdi. Rusiyanın Sovet İttifaqı dövründəki tezlikdə əlaqə qurduqlarını xatırlayır. Bu tezliyi dinləməklə Vladimer özünü və əsgərlərin həyatını xilas edib.

“Bizimkilər məşhur T-22-ni saldığı zaman “Buki” adlanan hava hücumu əleyhinə kompleks var və biz həmin mövqedəydik. Ruslar bunu aşkar etdilər və onların sərhəd boyu dolaşan “Avaks”ı bizim mövqeyimizin koordinatlarını verdi. Mən bunu eşidən kimi, qərargah rəisinə bildirdim və o, mövqeyimizi tərk etməyi əmr etdi. 5 dəqiqə ərzində toplaşdıq və oranı tərk etdik. Heç üç dəqiqə keçməmişdi ki, həmin ərazini yerlə-bir etdilər”,
- Vladimir Prokopov deyir.



Vladimer atəş xəttinə yaxın idi, bir neçə dəfə qərargahdan qərargaha hərəkət etdikləri maşına atəş edilib. Bir dəfə isə onların maşınından 500 metr məsafəyə bomba atılıb. Xatırlayır ki, əsgərlər həmin an maşından düşüb yolun kənarındakı arxa uzanıblar, başqa yolları olmayıb, başqa yerə gedə bilməyiblər. Xoşbəxtlikdən rusların bombası partlamayıb.

Vladimer Rusiya təyyarələrinin Marneuliyə gəlməsi haqqında məlumatı elə rusların öz tezliyindən alıb. Əvvəlcə Marneuli qərargah rəisinə xəbər verib. Daha sonra isə öz həyat yoldaşına zəng vurub və yalnız sənədlərini götürərək evdən çıxıb bir neçə gün rəfiqəsinin evində qalmasını tapşırıb.

“Tsxinvalidən sonra ruslar ikinci zərbəni Qoriyə endirdilər. Onların təyyarələri üçüncü dəfə gəldikdə isə Tsxinvali və ya Qoriyə deyil, birbaşa aviasiya nöqtəsi yerləşən Muxianiyə istiqamətlənib. Gürcüstanın hava yolu bu nöqtədən keçir. Həmin an komanda məntəqəsindən təyyarələrin Muxrani istiqamətində getdiklərini dedilər və öz-özümə dedim ki, onlar 100% Marneuliyə gedirlər. Dərhal komandirə zəng vurdum. Komandir dedi ki, bilirik, bizə tərəf gəlirlər. Bildiyim qədər bütün hərbi hissə aerodromun qarşısındakı avtoparka toplaşıblar. İlk dəfə gələndə bombalamayıblar, sadəcə kəşfiyyat aparıblar, görüblər ki, sakitlikdir. İkinci dəfə gəldikdə isə çoxlu bomba atıblar”, - Vladimer deyir.



Marneuli hərbi bazası bombalanan zaman 3 əsgər həlak olub, 6 əsgər isə ağır yara və yanıq xəsarətləri alıb. Müharibə başa çatdıqdan sonra Marneuli hərbi bazasına və ətraf kəndlərə atılmış bombaların zərərsizləşdirilməsinə başlanıldı. 25 avqusta qədər gürcü əsgərləri Baltikyanı ölkələrin köməkçi qrupları ilə birgə ruslar tərəfindən atılmış bombaları partlatdılar. Vladimer deyir ki, Marneulidə 39 ədəd 250 və 500 kiloqramlıq partlamamış bomba sayıblar. Təxminən bir o qədər də partlayıb.

Vladimer artıq bu gün zarafatla deyir ki, Rusiya “istrebitel”ləri Marneulidə yerdə dayanmış “kukuruznik”lərlə mübarizə aparırdı.

“Bura ilk dəfə gələndə artıq təyyarələr elə gizlədilmişdi ki, onları görə bilmədilər, yalnız 3 ədəd “kukuruznik” deyilən təyyarə var idi, onlara hücum etdilər. “Qəhrəman”dırlar da, yerdə dayanmış 47-ci ildə buraxılmış “kukuruznik” təyyarəsini məhv etdilər. “qəhrəman”dırlar, başqa heç nə”, - Vladimer deyir.



Sujeti burdan dinləyə bilərsiz:


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər