Torpaq sahələrinin suvarılması üçün fermerlər yerli xidmət mərkəzlərində müqavilə imzalayacaqlar

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarılması üçün Marneuli fermerləri bu il Gürcüstan Meliorasiyası Xram-Debed Xidmət Mərkəzində müqavilə imzalayacaqlar. Xidmət Mərkəzinin əməkdaşlarının qapı-qapı gəzərək müqavilə bağladıqları sistem artıq dəyişir.


Bir hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması üçün fermerlər 75 lari ödəyirlər.

Gürcüstan Meliorasiyası Xram-Debed Xidmət Mərkəzinin rəhbəri Aleksandre Şukakidzenin bizimlə söhbəti zamanı dediyinə görə, fermerlər çox vaxt bu müqaviləni bağlamırlar.

“Bu il çoxlu cərimələr yazılıb, çünki fermerlərin çoxu suyu qəsb edirdilər”, - deyə Aleksandre Şukakidze bildirdi.



Suyun qəsb olunması faktı aşkarlandığı təqdirdə həmin şəxs birinci halda 250 lari, təkrarlanması halında isə 500 lari həcmində cərimə olunur.

 

"Marneuli" Radiosu

 

Print