Bələdiyyə Məclisində dini və etnik məsələlərin təşkili üçün ekspert vəzifəsinə təyin olunan şəxs ekspert deyil
Marneuli Bələdiyyə Məclisinə Dini və Etnik Məsələlər üzrə yeni ştat əlavə olunub. Mariam Bələdiyyə Məclisindəki yeni ştatın ekspertidir, lakin bu onun vəzifəsinin adıdır və özünü ekspert hesab etmir. Deyir ki, ekspert olmaq üçün daha çox şeyə ehtiyac var. İşləməsinə isə müxtəlif dini və etnik seminarlarda iştirak etməsi və Marneulinin xüsusiyyətlərini yaxşı bilməsi əsas verir.

“Bu məsələ ilə bağlı ekspert ixtisasım yoxdur. Bu vəzifənin adıdır. Bildiyiniz kimi, ekspert başqa şeydir. Təhsil aldığım universitetdə ilahiyyatçılıq fakültəsi var idi, tez-tez dini görüşlərdə iştirak edirdim. Dini təhsilim yoxdur, ilahiyyatçı deyiləm”, - deyə Mariam İriauli bildirdi.



Marneuli bələdiyyəsinin Dini və Etnik Məsələlər üzrə eksperti Mariam İriauli deyir ki, onun vəzifəsi Bələdiyyə Məclisinə daxil olan məsələlərin müzakirəsindən ibarətdir.

“Əsas vəzifəmiz Bələdiyyə Məclisinə dini və etnik azlıqlarla bağlı daxil olan məktubları müzakirə etmək və onlara cavab verməkdir. Müraciət olunduğu halda etnik azlıqların problemlərini araşdırmaq və ya statistikasını hazırlamaq və problemin həlli üçün müvafiq plan işləyib hazırlamaqdır”, - Mariam İriauli bildirir.



Mariam artıq Bələdiyyə Məclisinə deyil meriyaya gəlmiş məktubu müzakirə edib.

“Dini simvollarla bağlı bir məktub daxil olmuşdu. Düzdür vəzifəm Bələdiyyə Məclisindədir, məktub isə meriyaya gəlmişdi. Amma dini məzmunda olduğu üçün biz müvafiq cavab verdik”, - deyə Mariam İriauli qeyd edir.



Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze deyir ki, çoxmillətlilikdən irəli gələrək yeni ştatın əlavə olunmasına ehtiyac var idi.

“Biz istəyirik ki, digər millətlərlə sıx dostluq münasibətlərimiz olsun və bu istiqamətdə işlər planlaşdırırıq ki, milli azlıqlarla görüşlər keçirək, bizim aramızda daha yaxşı, dost münasibətləri formalaşsın”, - Amiran Qiorqadze deyir.



Mariam İriauli ixtisasca hüquqşünasdır. O, Tbilisi Açıq Tədris Universitetinin Hüquqşünaslıq Fakültəsinin magistridir. Marneuli Bələdiyyə Məclisinin Dini və Etnik məsələlər üzrə eksperti vəzifəsinə isə təxminən iki aydır ki, təyin olunub.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər