İki Qardabanili idmançı Almaniyada keçiriləcək yarışa hazırlaşır

Bu ilin 6 oktyabr tarixində Almaniyanın Venden şəhərində keçiriləcək "Energy Fight Night 2018" peşəkar döyüş yarışı baş tutacaq.

Peşəkar döyüş yarışına Gürcüstandan iki idmançı qatılacaq. Almaniyada baş tutacaq yarışda Avropa və Asiyanın bir çox ölkələrindən tanınmış idmançılar da iştirak edəcəklər.

Yarışa qatılan Gürcüstanlı idmançılar bir sıra peşəkar yarışlarda iştirak ediblər. Əslən Qardabani rayonundan olan İsfahan Əliyev 64 kq çəki dərəcəsində mübarizə aparacaq və onun rəqibi Almaniyalı idmançı Cavid İbrahimli olacaq. 62 kq çəki dərəcəsində yarışa qatılan Emin Xəlilov isə Ərəb idmançısı Hüseyn Bero ilə mübarizə aparacaq.

Hər iki idmançı Gürcüstan "WFMC" döyüş növləri mərkəzinin idmançılarıdır. İdmançılar yarışa mərkəzin rəhbəri Tofiq Əkbərovun başçılığı altında qatılırlar.

Bir aydan artıqdır ki, Gürcüstanlı idmançılar Almaniyanın Venden şəhərində baş tutacaq yarışa hazırlaşırlar. Qarşıda 18 günün qalmasına baxmayaraq, idmançılar hazırlıqlarını davam edirlər.

Xatırladaq ki, İsfahan Əliyev 14 aprel tarixində Almaniyanın Haiger şəhərində keçirilən WFMC versiyasi üzrə peşəkar K-1 ( kilboksinq) üzrə yarışda iştirak etmiş və 62.5 kq çəki dərəcəsində Avropa kəməri uğrunda mübarizədə Almaniyalı rəqibi Max Musalçikə qalib gələrək Avropa çempionu olmuşdu.

 

 

Print Email
FaceBook Twitter Google