Marneulidə Məhərrəm ayı ilə bağlı ehsan paylanıldı
Bu gün, 18 sentyabr tarixində Məhərrəm ayı ilə bağlı Marneuli mərkəzi bazar ərazisində əhaliyə ehsan paylanıldı. Ehsan süfrəsi "Ümum Gürcüstan Ali Dini İdarəsi"nin və "İmam Əli" Xeyriyyə Fondunun təşkilatçılığı və əhali tərəfindən edilən yardımlar əsasında baş tutdu.

Məhərrəm ayının birinci günündən bu günə qədər bazar ərazisində əhaliyə çay və şirniyyatlar, 8-ci günündə isə ehsan süfrəsində çay, şirniyyatlarla yanaşı digər yeyəcəklər əhaliyə paylanıldı. Bu haqda Ümum Gürcüstan Ali Dini İdaərsinin sədri və şeyxi seyid Mirtağı Əsədov məlumat verdi.



Onu da əlavə edək ki, 19 sentyabr tarixində Marneulidə Tasua yürüşü baş tutacaq və bu yürüş Məhərrəm ayının 9-cu gününə təsadüf edir.

Print Email
FaceBook Twitter Google