Smit ailəsinin üç üzvünün qətlində ittiham olunan Malxaz Kobauri Xada dərəsinə, hadizənin baş verdiyi yerə aparıla bilər

Smit ailəsinin üç üzvünün qətlində ittiham olunan Malxaz Kobauri Xada dərəsinə, hadizənin baş verdiyi yerə aparılaraq orada dindirilə bilər.


Kobaurinin vəkili Aleksandre Kobaidzenin bildirdiyinə görə, müdafiə tərəfi müttəhimin hadisə yerində dindirilməsini tələb edib.
Onun dediyinə görə, məsələ ilə bağlı müstəntiqin şifahi razılığı artıq əldə olunub. Lakin müdafiə tərəfi yazılı razılığı gözləyir.

“Kobaurini hadisə yerinə aparmağı və nəyin necə baş verdiyi haqqında orada ifadə verməsini tələb etdik”,
- deyə Kobaidze bildirib.

Vəkilin bildirdiyinə görə, Kobauri Xada dərəsinə güman ki, 24 sentyabr tarixində aparılacaq.

Xatırladırıq ki, Malxaz Kobauriyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsinin “q”, 2-ci hissəsinin “b”, 3-cü hissəsinin “a” və “d” bəndləri (xüsusi amansızlıqla, başqa cinayəti gizləmək məqsədilə, həddi buluğa çatmadığı cinayətkara əvvəlcədən məlum olan şəxsi və iki nəfəri qəsdən öldürmə) ilə ittiham irəli sürülüb.

19 yaşlı çoban Xada dərəsində amerikalı ər-arvad və onların 4 yaşlı uşaqlarını qətlə yetirməkdə ittiham olunur.

 

 

Print Email
FaceBook Twitter Google