Marneuli
"1+4 proqramının" iştirakçılarının müxtəlif dövlət müəssisələrində təcrübə proqramı keçmək imkanı var

1+4 tədris proqramının iştirakçılarına dövlət idarələrində, yerli özünüidarə orqanlarında və digər ictimai xidmətlərdə 6 aylıq təcrübə proqramı elan olundu. Proqramın məqsədi gənclərin işlə təmin olunması və mülki inteqrasiyaya dəstəkdir.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi Aparatının Mülki İnteqrasiya İdarəsinin rəhbəri Eliso Lomidzenin “Marneuli” radiosuna bildirdiyinə görə, proqram ilk olaraq pilot rejimdə həyata keçirilirdi.

"Məhz pilot proqramın müsbət nəticələri və arzu edənlərin sayı ötən ilin sonunda keçirilən proqramın institulaşdırılmasına səbəb oldu. hakimiyyətin 410 saylı qətnaməsinə dəyişiklik edildi, bu hakimiyyətin ictimai müəssisələrdə təcrübə keçilməsi qaydaları ilə bağlı qətnaməsidir. Dəyişikliklə birlikdə təcrübə keçilməsi qaydaları və prosedurları dəyişdi. Dəyişikliklərin gətirdiyi yeniliklərdən biri odur ki, təcrübə proqramı artıq ildə iki dəfə elan olunur və institutlaşdırmadan sonra bu artıq bizim ikinci qəbulumuzdur" - dedi Eliso Lomidze.



Proqram çərçivəsində etnik azlıqların nümayəndələrinin müsabiqə əsasında təcrübə proqramında iştirak etmək imkanı olur. İştirakçıları xüsusi yaradılmış komissiya həyata keçirir.

"Uğur qazanmış ərizəçilər dövlət idarələrində, yerli özünüidarə orqanlarında 1 aydan 6 ayadək təcrübə keçəcəklər. Təcrübə proqramı ilə bağlı məlumat Dövlət Naziri Aparatının veb-səhifəsində yerləşdirilib. İlk növbədə ictimai xidmətin veb-səhifəsi hr.gov.ge-də qeydiyyatdan keçməlidirlər, ərizədə tələb olunan bütün yerləri doldurmalıdırlar. O cümlədən motivasiya məktubuna da böyük önəm verilir. Burada ərizəçinin hansı dövlət orqanında təcrübə keçmək istəməsi qeyd olunmalı və öz motivasiyasını aydın şəkildə əsaslandırmalıdır" - dedi Eliso Lomidze.



Proqram 6 aylıqdır və bu proqramda bakalavr, üçüncü və dördüncü kurs tələbələri, həmçinin magistrlər iştirak edə bilərlər.

Təcrübə proqramında iştirak etmək istəyənlər 22 oktyabradək ərizə doldurmalıdırlar. Proqram “Gürcü dili hazırlığı tədris proqramı”ndan (1+4 proqramı) yararlanan 500 nəfər tələbə üçün nəzərdə tutulub.

 

 

ICON_SEP Print ICON_SEP
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Ağməmmədli kəndində sərt döngələrdə
trampilinlər yoxdur. Sakinlərin bildirdiyinə görə, həmin döngədə
tez-tez yol nəqliyyat hadisələri baş verir.
21:37 / 14.12.2018
Ağməmmədli kəndində sərt döngələrdə trampilinlər yoxdur. Sakinlərin bildirdiyinə görə, həmin döngədə tez-tez yol nəqliyyat hadisələri baş verir.
Marneuli uşaq bağçaları birliyi uşaq bağçası
yetirmələrinə yeni ildə simvolik hədiyyələr
verəcək.
17:00 / 14.12.2018

Marneuli uşaq bağçaları birliyi uşaq bağçası yetirmələrinə yeni ildə simvolik hədiyyələr verəcək.

საზოგადოებრივი არხის ჟურნალისტი სოფო მთივლიშვილი
საკუთარ ფეისბუქ გვერდზე ვიდეოს აქვეყნებს
16:56 / 14.12.2018
საზოგადოებრივი არხის ჟურნალისტი სოფო მთივლიშვილი საკუთარ ფეისბუქ გვერდზე ვიდეოს აქვეყნებს
“Ayrı-seçkilik və nifrət dilinə yox” – bu
mövzuda 14 dekabrda Marneulidə Avropa Şurasının nümayəndəliyinin
təşəbbüsü və Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin
təşkilatçılığı ilə görüş keçirilib.
16:52 / 14.12.2018

“Ayrı-seçkilik və nifrət dilinə yox” – bu mövzuda 14 dekabrda Marneulidə Avropa Şurasının nümayəndəliyinin təşəbbüsü və Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin təşkilatçılığı ilə görüş keçirilib.

Marneuli bələdiyyəsinin 2019-cu ilin
büdcəsinin müzakirəsi təxirə salınıb.
16:09 / 14.12.2018

Marneuli bələdiyyəsinin 2019-cu ilin büdcəsinin müzakirəsi təxirə salınıb.

Marneuli bələdiyyəsinin Ağməmmədli kəndində
yol nəqliyyat hadisəsi baş verib.
14:21 / 14.12.2018
Marneuli bələdiyyəsinin Ağməmmədli kəndində yol nəqliyyat hadisəsi baş verib.
ვერძი
შეიქმენით კომფორტი. ეცადეთ, არ გადაიღალოთ ფიზიკურად. საშუალება
მოგეცემათ საკუთარი თავისთვის ან თქვენი საყვარელი
ადამიანებისთვის
10:09 / 14.12.2018
ვერძი
შეიქმენით კომფორტი. ეცადეთ, არ გადაიღალოთ ფიზიკურად. საშუალება მოგეცემათ საკუთარი თავისთვის ან თქვენი საყვარელი ადამიანებისთვის
23:03 / 13.12.2018
"Mən çirkin təxribatın qurbanıyam. Çünki şahidlərdən biri bildirib ki, o, ailəni söyməklə və təhqir etməklə Milli Hərəkata keçmək istəyirmiş. Bu adam real olaraq "Gürcü Arzusunun" nümayəndəsi idi