Marneuli meriyası Gürcüstanın ümumi inzibati məcəlləsini bir daha
pozub. 3 oktyabrda "Marneuli" Radiosunun jurnalisti Marneuli
meriyasına məktubla müraciət etdi ki, Marneulidə olan zibilliklərin
infrastrukturu necədir və neçə dənə qeyri-leqal zibillik var.
Şəhər və kəndlərdən zibilin daşınması necə həyata keçirilir və.s.
kimi məsələləri aydınlaşdırsın.
Gürcüstan ümumi inzibati məcəlləsinin 40-cı maddəsinə əsasən
ictimai müəssisə bu halda Marneuli meriyası ictimai məlumatı dərhal
və ya əgər məlumatın axtarılması üçün vaxt lazım olarsa 10 gün
ərzində cavab verməlidir. İşlər çox vaxt tələb edərsə meriya 10
günlük vaxtı uzada da bilər ancaq bu haqda ərizə verən şəxs
bildirməlidir.
"Marneuli" Radiosu artıq 11-ci gündür ki, meriyadan ictimai
məlumata cavab gözləyir. Onlar bizə 10 günlük vaxtı uzatmaq
istədiklərinə dair xəbərdarlıq etməyiblər.
Dünən, 16 oktyabrda biz Marneuli meriyasının işgüzarlıq və
vətəndaşlara xidmət şöbəsinin rəhbəri Maka Darbaidze ilə əlaqə
saxladıq. O, bildirdi ki, bizim tərəfimizdən tələb olunan ictimai
məlumat geniş həcmlidir və güman ki, meriyaya cavab vermək üçün bir
aylıq vaxt lazım olacaq. Amma bu haqda bizə rəsmi məktub
göndərməyiblər.